• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    28 sentyabr 2019-cu il

    Bakı Musiqi Akademiyasının əməkdaşı, respublika və beynəlxalq müsabiqələr laureatı, pianoçu Fəqan Həsənli ABŞ-ın Nyu-York şəhərində Azərbaycanın görkəmli şairi İ. Nəsiminin 650 illik yubileyinə həsr olunmuş konsertdə maraqlı əsərlərlə çıxış edib.

    Tədbir 28 sentyabr 2019-cu il tarixində Azərbaycan Respublikası Diasporlarla İş üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi ilə, “Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyət”inin sədri, Amerikada yaşayan pianoçumuz, əməkdar artist Nərgiz Əliyarovanın təşəbbüsü ilə baş tutub.
    Fəqan Həsənlinin solo ifasında Ü. Hacıbəyli “Cəngi”, F. Əlizadə “Sonata”, İ. İsrafilova “The world of Nasimi” əsərləri səslənib. Amerikada premyerası baş tutan İlahə İsrafilovanın “The world of Nasimi” kompozisiyası dinləyicilər tərəfindən fasiləsiz alqışlanıb. Qeyd edək ki, bəstəkar İlahə İsrafilova BMA-nın doktorantı və əməkdaşıdır.
    Konsert proqramı çərçivəsində Jeffrey Werbockun Azərbaycanın milli tar və kamança alətlərində muğam ifa etməsi böyük maraqla qarşılanıb. Həmçinin konsert proqramında pianoçu N. Əliyarovanın ifasında Q. Qarayev “7 gözəl baletindən parçalar”, F. Sücəddinov “Vətən” balladası və s. əsərlər səsləndirilib.
    Həmçinin tədbirdə amerikalı soprano Shenika John Jordan tərəfindən İ.Nəsiminin qəzəlləri və onun qəzəllərinə yeni yazılmış romanslar ifa edib.
    Nyu-Yorkda Azərbaycanın dahi şairi İ.Nəsimi 650 illik yubileyinə həsr olunmuş konsert proqramının keçirilməsi Azərbaycan mədəniyyətinin geniş arenada təbliği istiqamətində atılmış əlamətdar hadisələrdəndir.