• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    20 sentyabr 2019-cu il

    Kamera və Orqan Musiqi zalında sentyabr ayının 20-də Azərbaycan Respublikasının Əməkdar artisti, bəstəkar və orqan ifaçısı, İohan Sebastyan Bax medalının sahibi (Almaniya), Rusiya Federasiyasının İncəsənət sahəsində ikiqat Dövlət mükafatı namizədi, Arif Mirzəyevin 75 illiyinə həsr olunan Orqan musiqi axşamı keçirildi.

    Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən tədbirin solisti Beynəlxalq müsabiqələr laureatı Yevgeni Avramenko (Rusiya) idi. Konsertin proqramında Ü.Hacıbəylinin xatirəsinə Arif Mirzəyevin 2 saylı orqan simfoniyası (Üzeyir bəyin 6 original mövzusuna variasiya), İ.S.Baxın sol minor Fantaziyasına yeni 4 səsli fuqa (op.57), 1 saylı orqan simfoniyası (ornamental-muğam, xoral və polifonik variasiyalar 5 hissədə); İohan Sebastyan Baxın “Adagio” ( lya minor), “Fantaziya” (sol minor) əsərləri müvəffəqiyyətlə səsləndirildi.
    Tamaşaçıların böyük marağına səbəb olan konsert gur alqışlarla sona çatdı.