6 iyul 2019-cu il
6 iyul 2019-cu il tarixində Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük Zalında İsveçrə və Azərbaycan arasında texniki əməkdaşlığın 20- illiyi münasibətilə tədbir keçirilib.
Tədbir İsveçrə Konfederasiyasının Azərbaycandakı Səfirliyi və Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatı dəstəyi ilə həyata keçirilib. İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri xanım Müriel Peneveyre tədbirin başlanğıcında giriş sözü ilə çıxış edib, ardınca konsert İsveçrənin “İl Mosaico” Gənclər Orkestrinin müsayiəti, dirijor və bədii rəhbər Hermann Ostendarpın rəhbərliyi ilə davam edib. Konsertdə solist qismində Bakı Musiqi Akademiyasının İfaçılıq fakültəsinin violonçel ixtisası üzrə təhsil alan 3-cü kurs tələbəsi, prezident təqaüdçüsü Orxan Hüseynov çıxış edib. Konsertin proqramına aşağıdakı əsərlər daxildir: J. Hayd