14 iyun 2019-cu il
14 iyun 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Ixtisas Fortepiano” Kafedrasının professor Elmira Əliyevanın 90 illik yubileyinə həsr olunmuş konsert keçirilmişdir.
Konsertdə Elmira xanımın tələbələrindən tutmuş bir çox ziyalı şəxslər yaxından iştirak etmişlər. Konsertin aparıcı Könül Arifqızı tədbir boyu Elmira Əliyevanın yaradıcılıq yolunu işıqlandırmış və onun haqqında dəyərli fikirlər dilə gətirmişdir.
Musiqi proqramında Elmira xanımın tələbələri yaxından iştirak edərək bir sıra maraqlı əsərlər səsləndirmişlər. Belə ki:
Quluzadə Rəfiqə (Elmira x.ın sinfinin məzunu) - S.Raxmaninov
Etüd-lövhə op.33 N 6
Eyyub Əliyev (violonçel)– S.V.Raxmaninov “Vokaliz”
(Müşayiət edirdi – Elmira x.-ın nəvəsi Hüseynova Tomris)
A.Piazolla – “Qış”
(İfa edirdilər: Lalə Muxtarova (skripka), Eyyub Əliyev (violonçel), Arzu
Əsgərli (Fortepiano))
Ceyhun Allahverdiyev (Elmira x.ın sinfinin məzunu ) – “Əbədi
Səadət Xəlilova (skripka) – Q.Qarayev skripka üçün sonata III hissə
“Pastoral”
(Fortepianoda müşayiət edirdi – Zemfira Əliyeva (Elmira x.ın gəlini))
Orxan Hüseynov – O.Zülfüqarov “Muğamsayağı və rəqs”
(Fortepianoda müşayiət edirdi – Nərgiz Salmanlı (Elmira x.ın sinfinin
Nərgiz Salmanlı (Elmira x.ın sinfinin məzunu)) – S. Raxmaninov
“Elegiya”.Nəzakət Rimazi və Elnarə Kəbirlinskaya – Quastavino “Argentina
Ülviyyə Hacıbəyova – Niyazi “Vals”
Səbinə Əsədova və Fəridə Məmmədova – K.Sen-San “Bolero”
(Fortepianoda müşayiət edirdi – Quluzadə Rəfiqə) əsərləri ilə çıxış etmişlər.
Konsert gurultulu alqışlarla sona çatmış və xoş təəssüratlatrla yaddaşlarda qalmışdır.