21 iyun 2019-cu il
21 iyun 2019-cu il tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin konserti keçirilib.
Konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə (dirijor: Əməkdar artist Fuad İbrahimov ) İohannes Brams – Violin və orkestr üçün Konsert op.77 (I hissə), Frederik Şopen - “Andante spianato və parlaq polonez” op.22, Karl Veber - Konsertino (op.26), Edvard Qriq – Fortepiano və orkestr üçün Konsert lya-minor op.16 (II, III hissə), Sergey Raxmaninov – Fortepiano və orkestr üçün Konsert N3 op.30 (I hissə), V.A.Motsart – Fleyta və orkestr üçün Konsert sol-major (I hissə), A. Jampyeri. Venesiya karnavalı, Dmitri Şostakoviç – Fortepiano və orkestr üçün Konsert N2 op.102 (II, III hissə), Sergey Raxmaninov – Fortepiano və orkestr üçün Konserti N2 op.18 (I hissə) əsərləri səsləndirilib.
Solistlər qismindəm Respublika və beynəlxalq müsabiqələr laureatları Aytən İbrahimova (violino), Vüsalə Babayeva (piano), Səid Bağırzadə (klarnet), Ceyhun Əzizov (piano), Mədinə Ağayeva, Kamran Talıblı, Məhəmmədəli Paşazadə (klarnet), Leyla Zeynalova, Emil Əhmədzadə çıxış ediblər.
Konsert dinləyicilər tərəfindən gurultulu alqışlara səbəb olub.