21 iyun 2019-cu il
21 iyun 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində yerləşən Opera studiyasının Böyük zalında “Solo oxuma və opera hazırlığı” kafedrası tələbələrinin dövlət imtahanı keçirilib.
İmtahan zamanı tələbələr səhnədə S.Çaykovskinin “İolanta” operasını nümayiş etdiriblər.
Qeyd edək ki, Operanın dirijoru: Xalq artisti, professor Cavanşir Cəfərov, Rejissor: Elvin Mirzəyev, Konsertmeysterlər: İsa Nüşabə,Tatyana Donbik olub.
İfaçılar qismində tələbələr:
İolanta -Gülşən İbadova-(soprano) (IV kurs)
Rene - kralı - Anton Ferştandt -(bas-bariton)–solist
İbn - Hakiya - Hidayət Əliyev (bariton) (IV kurs)
Vodemon- İslam Hüseynov (tenor) (IV kurs)
Marta - Yelena Sarafanova – solist
Rəfiqələr –Briqitta və Laura - İslamə Abdullayeva (III kurs) və Manya Əşrəfzadə (III kurs) çıxış ediblər.
Tamaşa gurultulu alqışlara səbəb olub.