19 iyun 2019-cu il
19 iyun 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində yerləşən Opera studiyasının Böyük zalında “Solo oxuma və opera hazırlığı” kafedrası tələbələrinin dövlət imtahanı keçirilib.
İmtahan zamanı tələbələr səhnədə S.Raxmaninovun “Aleko” operasından parçalar nümayiş etdiriblər. Qeyd edək ki, tələbələr eyni musiqi səhnəciklərini iki hissədən ibarət şəkildə fərqli ifaçıların ifasında çıxış ediblər. Belə ki, I hissədəki heyətdə - Aleko- U.Cəfərov (bariton) - IV kurs, Zemfira-S.Aslanova (soprano) -IV kurs, Cavan qaraçı - F.Əhmədli (tenor) –solist, Yaşlı qaraçı -Y.Sarafanova (soprano)- solist, Yaşlı qaraçı - A. Ferştandt (bariton) –solist qismində ifa ediblər.
İkinci heyətdə isə - Aleko- M.Tağızadə (bariton) - IV kurs, Zemfira-N.Cəfərova (soprano) -IV kurs, Cavan qaraçı - F. Əhmədli (tenor) –solist, Yaşlı qaraçı - E.Həsənova (soprano)-II kurs, Yaşlı qaraçı - A. Ferştandt (bariton) –solist qismində çıxış ediblər.
Uğurla nümayiş olunan operanın dirijoru: Cavad Tağızadə, Rejissoru: Zeynəb Safina, Konsertmeysteri: Nabat Bağırova olub. Tələbələrin çıxışı peşəkar ifalarına görə alqışlara səbəb olub.