• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    10 iyun 2019-cu il

    Sazli - Sözlü Aşiq Pəri Məclisi

    10 iyun 2019-cu il tarixində Heydər Əliyev sarayında keçirilən Aşıq Pəri məclisinin sazlı-sözlü konsertində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasının əməkdaşları sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, aparıcı elmi-işçi, dosent Abduləliyev Ariz, böyük elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Rzayeva Mehparə, Əzizova Sahilə, Mustafayeva Nazlı və Kazımova Bəsti iştirak etdilər.
    Tədbiri Azərbaycan Aşıqlar Birliyinin sədri əməkdar elm xadimi Məhərrəm Qasımlı açdı və sonra konsert Aşıq Pəri Məclisinin sədri Pərvanə Zəngəzurlunun aparıçılığı ilə davam etdi.
    Konsertdə Əməkdar Mədəniyyət işçiləri aşıq Gülarə Azaflı, Ulduz Sönməz, Solmaz Kosayevə, Zülfiyyə Aşıqlı, Aşıq Samirə saz havaları ifa etdilər və şairələr Səadət Buta, Güllü Eldar Tomarlı, Aynur Qafarlı, Təbrizə Pünhan, Südabə İrəvanlı, Fatimə Vəfa və s. çıxış etdilər.
    Aşıqların oxuduqları dastanlar, şikəstələr, gözəlləmələr, deyişmələr və oxşarlar tamaşaçıların zövqünü oxşadı.