• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    4 iyun 2019-cu il

    4 iyun 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında xarici tələbələrin konserti keçirilib.

    Konsertdə BMA-nın fortepiano fakültəsinin III kurs tələbəsi, Qazaxıstan Respublikası vətəndaşı Mamedova Konul, BMA-nın magistr pilləsinin skripka ixtisası üzrə I kurs tələbəsi, Türkmənistan vətəndaşı Abdullayev Elçin, Tarix-nəzəriyyə fakültəsinin bəstəkarlıq ixtisası üzrə I kurs tələbəsi, İran İslam Respublikası vətəndaşı Afsarianmohassel Seyedsobhan Seyedhashemin, BMA-nın fortepiano fakültəsinin I kurs tələbəsi, Qazaxıstan Respublikası vətəndaşı Bairamova Sevda, BMA-nın fortepiano fakültəsinin I kurs tələbəsi, Rusiya Federasiyası vətəndaşı Dzhavadova Leila, BMA-nın ifaçılıq fakültəsinin skripka ixtisası üzrə I kurs tələbəsi, Türkmənistan vətəndaşı Abdullayev Nuradin, BMA-nın ifaçılıq fakültəsinin solo oxuma ixtisası üzrə hazırlıq kursunun tələbəsi, İran İslam Respublikası vətəndaşı Gharehbaghi Sisan Atefeh, BMA-nın fortepiano fakültəsinin hazırlıq kursunun tələbəsi, İran İslam Respublikası vətəndaşı Jamfarsadi Alireza, İfa edir: BMA-nın ifaçılıq fakültəsinin solo oxuma ixtisası üzrə II kurs tələbəsi, Rusiya Federasiyası vətəndaşı Akhmedova Aminat, 10.Tarix-nəzəriyyə fakültəsinin bəstəkarlıq ixtisası üzrə III kurs tələbəsi, İran İslam Respublikası vətəndaşı Sara Amirian, BMA-nın ifaçılıq fakültəsinin solo oxuma ixtisası üzrə hazırlıq kursunun tələbəsi, İran İslam Respublikası vətəndaşı Shishehgarkhaneh Zahra çıxış edib. Tələbələrin ifasında F.Şopen. Noktürn c-moll, N.Paqanini Sonatina №4, İ.S.Bax. Konsert f-moll, Skryabin Preludiyalar op.16, Q.Qarayev Kiçik vals, prelüdiya, Bonocini. “Griselda” operasından Aria, T.Quliyev Qəmgin mahnı, Şopen Fantaziya ekspromt cis-moll, Paolo Tosti, Ricardo Mazzola. İl pescatore canta, S.Rüstəmov “Hardasan?” əsərləri səsləndirilib.
    Konsert maraqlı anlarla yadda qalıb.