• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    3 iyun 2019-cu il

    3 iyun 2019-cu il tarixində, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İxtisas fortepiano” kafedrasının dosenti, beynəlxalq müsabiqələr laureatı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Züleyxa Abdullanın Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə birgə konserti keçirilmişdir.


    Konsert orkestrin bədii rəhbəri və baş dirijoru Azərbaycan Respublikasının xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə baş tutmuşdur. Orkestrin ifasında F.Şubertin “Uvertüra” do minor və E.Qriqin Holberq-Süita op.40 əsələri səsləndirilmişdir.
    Konsert proqramında Zülexa Abdullanın solistliyi ilə İ.S.Baxın fortepiano və orkestr üçün re minor konserti səsləndirilmişdir. Konsertdə, həmçinin müasir fransız bəstəkarı P.Tilluanın solo fortepiano və simli okrestr üçün “Perit ut vivat” əsəri Bakıda ilk dəfə ifa edilmişdir. Hər iki əsər solistin uğurlu təfsiri nəticəsində dinləyicilər tərəfindən böyük alqış və rəğbətlə qarşılanmışdır.