• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    1 iyun 2019-cu il

    1 iyun 2019-cu il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kiçik zalında BMA-nın “Xüsusi Pedaqoji Hazırlıq” kafedrasının tələbələrinin və Orta İxtisas Musiqi Məktəb-Studiyası şagirdlərinin konserti keçirilib.

    Konsertdə Hüseynova Tasürə, Mahmudova Sevda, Quliyeva Zeynəb, Rəhimova Səmayə, Zərbəlli Aytac, İbrahimova Mədinə, Rizvanova Günel, Mirzəyeva Fidan, Əziz-zadə Abdülqədir, Hacıyeva Günel, Tağızadə Mədinə, Eldarlı Gülnaz, Babayeva Aytən, Ağayeva Səadət, Məmmədli Məryəm, İmanova Günel, Eyvaz-zadə Turqut, İbrahimov Orxan, Aysel Abdullayeva, Xədicə Mehdiyeva, Günel Ələkbərli, Nigar Quliyeva, Camallı Məryəm, Kərimli Xalimə iştirak edərək F.Əmirov “Rəqs”, Şopen “Etüd” 13, P.Bülbüloğlu “Hicran mahnısı”, Mendelson “Sözsüz mahnı” fis-moll, T.Quliyev “Vals”, Bürgmüler “Şən əhval”, Şopen “Etüd” 9, Uşaq mahnısı “Şən qazlar”, T.Quliyev “Bakı haqqında mahnı”, İ.S.Bax “Kiçik prelüdiya”, Şopen “Noktürn” əsərlərini ifa ediblər.
    Konsert gur alqışlar ilə sona çatıb.