• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    21 may 2019-cu il

    Özbəkistanda “Ayrılarmı könül candan-Azərbaycan!” adlı möhtəşəm konsert keçirilib.

    21 may 2019-cu il tarixində Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Ayrılarmı könül candan-Azərbaycan!” adlı möhtəşəm konsert proqramı keçirilib.
    Tədbirdə ilk öncə çıxış edən Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən danışmış, xalqımızın, dövlətçiliyimizin çətin məqamlarında hakimiyyətə gələrək müstəqilliyimizi xilas etdiyini bildirib.
    Azərbaycanın Özbəkistandakı Səfirliyi, Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən konsertdə SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, professor Fərhad Bədəlbəyli, Xalq artisti Gülnaz İsmayılova, Əməkdar artistlər Anar Şuşalı, İslam Manafov, Turan Manafzadə, beynəlxalq müsabiqələr laureatları Ərəstun Quliyev, Fəqan Həsənli, Abuzər Manafzadə milli musiqilərimizi ifa ediblər.
    Konsert proqramının repertuarında dünya şöhrətli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli “Sənsiz”, “Cəngi”, Fikrət Əmirov “Azərbaycan elləri”, Asəf Zeynallı «Ölkəm”, Rauf Hacıyev “Azərbaycan”, Müslüm Maqomayev “Ey əziz anam Azərbaycan!, Tofiq Quliyevin “Qızıl üzük”, “Sənə də qalmaz” əsərləri iştirakçıların alqışları ilə qarşılanıb.
    Qeyd edək ki, Beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadənin Xocalı soyqırımına həsr etdiyi “Xocalıya” adlı əsəri xüsusi maraqla qarşılıb.