• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    22 may 2019-cu il

    22 may 2019-cu il tarixində Ü.Hacıbəyli adına Baki Musiqi Akademiyasının Kiçik Zalında “İxtisas fortepiano” kafedrası tələbələrinin “Fortepiano dueti” fənni üzrə konserti keçirilib.

    Konsertdə sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Məmmədova Arzu, dosent Sultanova Sevinc, baş müəllimlər Axundova Könül, Sultanova Fəridə, müəllim Əmirova Cəmilənin tələbələri çıxış ediblər. Konsertdə çıxış edən tələbələr maraqlı konsert proqramı nümayiş etdiriblər. Belə ki, Rzayeva Aytən-Süleymanzadə Mədinə II kurs (Müəllim:Əmirova Cəmilə) – Emin Sabitoglu-“Bakı, Sabahın Xeyir”, Qaranizadə Nərmin-Əlizadə Validə (Müəllim: Sultanova Sevinc) – Antonin Dvorjak “Slavyan Rəqsi”,Məmmədzadə Ülkər-Bəşirli Cəmilə (Müəllim:Axundova Könül) – Fikrət Əmirov “1001 gecə” baletindən “Mərcanı rəqsi”, Musazadə Maqsud-Gözəlova Jalə I Kurs (Müəllim: Sultanova Fəridə) – Astor Piazzola “Libertango”, Niftəliyeva Nərgiz-Tahirzadə Günel I Kurs (Müəllim: Sultanova Sevinc) – Francis Pulenk Sonata, Vahidov Elvin-İslamova Könül I Kurs ( Müəllim: Məmmədova Arzu) – Zakir Bagirov-Rapsodiya, Yusifova Cəmilə-Nəsibova Aytən I Kurs (Müəllim: Əmirova Cəmilə) – Xəyyam Mirzazadə-“Yadındamı”, Mailova Jalə-dosent Məmmədova Arzu – Ferens List- “Rakozi-Marş”, Cavadova Leyla-Bayramova Sevda (Müəllim: Axundova Könül) – İosef Haydn- 2№ li Simfoniya, Bayramova Gülxanım-Əliyeva Rəhimə II Kurs (Müəllim :Sultanova Sevinc) – Darius Miio “Skaramuş” suitasından Braziliera, Cavadova Leyla-baş müəllim Axundova Könül– Üzeyir Hacıbəyli -“Koroğlu” operasından “Çənlibel” əsərlərini səsləndiriblər.
    Konsert proqramı maraqlı təəsüratlarla yadda qalıb.