• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    22 may 2019-cu il

    22 may 2019-cu il tarixində Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İxtisas Fortepiano” kafedrasının 28 May Respublika gününə həsr olunmuş konserti keçirilib.

    Konsertdə Eldarlı Səbinə -K.Debüssi “Prelüd” a moll (Müəllim: professor Ts. Sinamdzqvarişvili), Hacıyeva Günel - F.Şopen “Etüd” As dur (Müəllim: professor Z.Şəfiyeva), Rzazadə Aygül - K.Debüssi “Ay işığı” (Müəllim: professor Rüstəmova Afaq), Əhmədzadə Emil - A.Skryabin “Etüd” N12 (Müəllim: professor M.Quliyev), Bəylərova Firuzə - F.Şopen “Fantaziya” (Müəllim: professor E.Kəbirlinskaya), Musazadə Maqsud - K.Çerni “Noktürn” E dur (Müəllim: professor Ts.Sinamdzqvarişvili), Hüseynəliyeva Aytən - R.Şuman “3fantaziya” c moll (Müəllim: professor S.Aşumova), Abbaslı Nəzrin - F.List “Paqanini etüdləri” N6 (Müəllim: profssor M.Adıgözəlzadə), İrşadi Gülnar - F.List “Etüd” f moll (Müəllim: professor N.Rimazi), Əliyeva Fatimə - A.Skryabin “Etüd” N5, op.8 (Müəllim: professor K.Neymanova), Əlizadə Fuad - F.Şopen “Mazurka” N32 (Müəllim: professor Y.Axundova), Əzizov Ceyhun - K.Debüssi “Prelüd” N24 (Müəllim: professor N.Rimazi), Babayeva Vüsalə - F.Şopen “Etüd” N23 (Müəllim: professor N.Quliyeva) kimi əsərləri səsləndiriblər.
    Konsert bütün dinləyicilərin gur alqışları ilə sona çatıb.