14 may 2019-cu il
14 may 2019-cu il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kiçik zalında “Konsertmeyster ustalığı” kafedrasının tələbələrinin konserti keçirilib.
Belə ki, “Konsertmeyster ustalığı” kafedrası üzrə professor Musayeva Elmira, baş müəllimlər Əhmədzadə Gülnarə, Zeynalova Leyla, Sultanova Safuranın sinfinin tələbələri ilə keçirilən konsert maraqlı, yaddaqalan olmuşdur. Belə ki, professor Musayeva Elmiranın sinfinin tələbəsi Məmmədova Leylaxanım ifası zamanı böyük professionallıq və peşəkarlıq nümayiş etdirmişdir. Bu mənada onun ifasında bəstəkar J.Bize “Xabanera”, S.Raxmaninovun “В молчанье ночи тайной”, F.Əmirovun “Mən səni araram” əsərinin solist R.Əliyeva tamaşaçıların böyük marağına səbəb olmuş və yüksək alqışlarla qarşılanmışdır.
Baş müəllim Əhmədzadə Gülnarənin sinfi üzrə I kurs tələbəsi Ülkər Məmmədzadənin Neopolitan xalq mahnısı “Marianna”nı, II kurs tələbəsi Əhmədzadə Emilin bəstəkar P.Çaykovskinin “Melodiya” əsərinin , II kurs tələbəsi Süleymanzadə Mədinənin bəstəkar İ.S.Baxın “Ave Maria”əsərinin, III kurs tələbəsi Qurbanova Rəhimənin bəstəkarlar Bazzininin “Rondo”, Aqustin Laranın “Qranada” əsərinin, III kurs tələbəsi Günel Rizvanovanın bəstəkar M.Maqomayev “Odlar yurdu” əsərinin ifası tamaşaçılarda böyük marağa səbəb olmuşdur. Tələbələr ifalarında böyük məharət nümayiş etdirərək ifa zamanı solistlə ahəng yaratmağa nail olmuşlar.
Baş müəllim Leyla Zeynalovanın sinfinin tələbələri də öz maraqlı və professional çıxışları ilə yadda qalan nömrələrdən olmuşlar. Belə ki, tələbələrdən II kurs üzrə təhsil alan Əmirəliyeva Ayselin bəstəkar Vivaldinin “Allegro” əsərinin solisti Qədirov Kamalın (trombon) müşayiəti alqışlarla qarşılanmışdır. L.Zeynalovanın I kurs üzrə sinfinin tələbələri Gözəlova Lalə, Bəşirli Cəmilə, Əhmədova Rəhimənin də ifaları peşəkarlıq və dəqiqliyi ilə yaddaqalan qalan çıxışlar olmuşlar. İfa zamanı müşayiətçilər solistlərlə ahəng yaratmağa nail olmuş, bu da öz növbəsində ifanın rabitəli səslənməsinə zəmin yaratmışdır.
Kafedranın baş müəllimi Sultanova Safuranın sinfinin tələbələrinin bəstəkar S.Raxmaninovun “Дитя как цветок ты прекрасна”, “Отрывок из Мюссе” kimi əsərlərinin ifası da konsertdə yadda qalan çıxışlardan olmuşdur. Bu baxımdan I kurs tələbəsi Rəhimova Samirənin, III kurs tələbəsi Allahverdiyeva Günelin çıxışlarını xüsusi qeyd etmək olar. Eyni zamanda I kurs tələbəsi Mayılova Jalənin A.Məlikovun "Снова о тебе" solist Rəna Əliyeva ilə birgə ifası da seçilən ifalardan olmuşdur.
Ümumilikdə konsert yaddaqalan və maraqlı olmuşdur. Konsert bütün dinləyicilərin gur alqışları ilə sona çatmışdır.