• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    10 may 2019-cu il

    10 may 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş S.Raxmaninovun vokal yaradıcılıq nümunələrindən ibarət konsert gecəsi keçirilib.


    Gecədə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Konsertmeyster ustalığı” kafedrasının professoru Gülnarə Məmmədovanın sinfi III kurs tələbəsi, Beynəlxalq Müsabiqələr laureatı Eldəniz Ələkbərzadə (fortepiano) və solistlər: Azərbaycan Respublikasının Əməkdar artistləri Səbinə Əsədova və Anton Ferştandtın (vokal) ifasında dahi rus bəstəkarı S.Raxmaninovun əsərləri («Пора», «Утро», «Проходит все», «Ты помнишь ли вечер», «В молчании ночи тайной», «Не пой, красавица, при мне», «Молитва», «Пред иконой», «У врат обители», «Христос воскрес», «Сцена у люльки из оперы «Алеко», Каватина Алеко из оперы «Алеко», «О, не грусти», «Вчера ли мы встретились», «О, нет молю, не уходи» səslənib.
    Konsert bütün dinləyicilərin gur alqışları ilə sona çatıb.