25 aprel 2019-cu il
25 aprel 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Bəstəkarlıq kafedrasının tələbələrinin əsərlərindən ibarət konsert həyata keçirilmişdir.
Artıq ənənə halını alan və hər il keçirilən konsertin məqsədi gənc bəstəkar tələbələrin əsərlərinin tamaşaçı auditoriyası qarşısında səsləndirilməsinə şərait yaratmaq və onların yaradıcılığına stimul qatmaqdır.
Qeyd edək ki, konsertdə həm bakalavr həm də magistrda təhsil alan tələbələrin əsərləri yer almışdır. Belə ki, konsert proqramında bir sıra maraqlı əsərlər – Magistr II kurs tələbəsi Əhədova Tamilla (Müəllim: SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Bəstəkarlıq kafedrasının müdiri, professor Arif Məlikov) Fortepiano üçün sonata (II-III hissələr), Bakalavr I kurs tələbəsi Süleymanova Nigar (Müəllim: Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, Bəstəkarlıq kafedrasının professoru Ceyhun Allahverdiyev) Fortepiano üçün 5 prelüd, Bakalavr III kurs bəstəkarlığın seçmə fənn tələbəsi Nuranə Cabbarlı (Müəllim: Kərəm Əkbərov) Fleyta və piano üçün pyes, Romans “Qadın ürəyi”, Bakalavr III kurs tələbəsi Sara Amirian Dilruba (Müəllim: Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, Bəstəkarlıq kafedrasının professoru Aydın Əzimov) Fleyta və Klarnet üçün Sonatina (I hissə), Bakalavr II kurs tələbəsi Əliyeva Aydan (Müəllim: Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, Bəstəkarlıq kafedrasının professoru Aydın Əzimov) Violonçel və fortepiano üçün 2 pyes. Adajio və Skertso, Bakalavr I kurs tələbəsi Afsarianmohassel Seyedsobhan (Müəllim: Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, Bəstəkarlıq kafedrasının professoru Ceyhun Allahverdiyev) Fortepiano üçün 6 prelüd, Bakalavr II kurs tələbəsi Tofiq Rzayev (Müəllim: Bəstəkarlıq kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Arzu Məmmədova), Klarnet və Fortepiano üçün 4 pyes, Bakalavr II kurs tələbəsi Abdullayeva Nərmin (Müəllim: Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, Bəstəkarlıq kafedrasının professoru Ceyhun Allahverdiyev) Fortepiano üçün variasiyalar, Magistr I kurs tələbəsi Salmanov Toğrul (Müəllim: Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, Bəstəkarlıq kafedrasının professoru Ceyhun Allahverdiyev) Fortepiano üçün sonata (I hissə), Magistr I kurs tələbəsi Namazlı Vüsal (Müəllim: SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Bəstəkarlıq kafedrasının müdiri, professor Arif Məlikov) Fortepiano üçün 4 prelüd, Bakalavr IV kurs tələbəsi İmanova Almaz (Müəllim: Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, Bəstəkarlıq kafedrasının professoru Ceyhun Allahverdiyev) Sonatina (I hissə), Magistr I kurs tələbəsi tələbəsi Quliyev Elvin (Müəllim: Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, Bəstəkarlıq kafedrasının professoru Nazim Mirişli) Fortepiano üçün 4 prelüd, Bakalavr II kurs tələbəsi Saleh Nəzərov (Müəllim: Bəstəkarlıq kafedrasının müəllimi Pikə Axundova) 2 romans “Ömür” – sözləri: Bəxtiyar Vahabzadə “Bir dünyasan sən ayrı” – sözləri: Nigar Əliyeva, Bakalavr III kurs bəstəkarlığın seçmə fənn tələbəsi Hüseynova Tutu (Müəllim: Kərəm Əkbərov) 2 Prelüd, Bakalavr IV kurs tələbəsi Məmmədzadə Vüqar (Müəllim: Bəstəkarlıq kafedrasının professoru Aydın Əzimov) Kvartet III hissəli (II,III hissələr) səsləndirilmişdir.
Konsert proqramı tələbələrin və dinləyicilərin yaddaşında maraqlı təəssüratlarla yadda qaldı.