• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    1 may 2019-cu il

    1 may 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında “Fortepiano, orqan və klavesin” kafedrasının Bahar konserti keçirilib.


    Konsert proqramında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Fortepiano, orqan və klavesin” kafedrasının baş müəllimi Bəylərbəyova Səbinə və BMA-nın tələbələrinin (Rəsulzadə Nəzrin, Persan Ruslan, Nemətova Gülnişan, Məmmədzadə Fidan, Süleymanova Nigar, Nadirli Səma, Qasanova Tomris, Musayeva Fərəh, Mirzəyeva Mədinə, Mustafayeva Arzu, İskəndərli Sona, Məmmədova İlahə, Bakkalzadə Zəhra, Salamzadə Nəzrin, Qurbanova Rəhimə, Babayev Elvin, Kərimova Nigar, İsmayılov Emil, Abbasazadə Fəridə, Fətəliyeva Ümidə, Qazıyeva Səmra, Ayşə Cəmil, Abdullayev Nürəddin, Zülfüqarlı Rəsul, Nağızadə Fidan, Rüstəmov Sübhan, Talıblı Kamran) ifasında bir sıra rəngarəng musiqi nömrələri səslənib. Belə ki, D.Bukstexude - Tokkata F-dur, S.Raxmaninov - Prelüd cis-moll, A.Vivaldi - "Ария странника", Q.Qarayev - "İldırımlı yollarla" baletindən "Laylay", A.Pyatsola -"Fuga in misterio", V.Mustafazadə - "Gəlmədin", O.Peterson - "Round midnight", V.Adıgözəlov - "Yuxular", İ.S.Bax - Xoral D-dur, X.Mirzəzadə - "Ağ və qara" silsiləsindən "Sol#", A.Vivaldi - "Sitsiliana", K.Debüssi - "Ay işığı", C.Gerşvin - "I got rithm", İ.S.Bax - Xoral A-dur, P.I.Çaykovcki - "İlin fəsilləri" silsiləsindən "Oktyabr", F.Əmirov - "Laylay", M.Dvorjak – Etüd, Xalq mahnısı - "Sarı gəlin", F.Şopen - Prelüd e-moll, X.Mirzəzadə - "Ağ və qara" silsiləsindən "Lya", F.Şubert / F.List - "Barkarolla", S.Rüstəmov - "Getmə, getmə", F.Şopen - Noktürn H-dur, S.Raxmaninov - "Vokaliz", Niyazi - "Xoreoqrafik vals", J.Hisaişi - "Ballada", N.Əliverdibəyov - "Laçın", Q.Qarayev - "İldırımlı yollarla" baletindən "Rəqs", Xalq mahnısı "Küçələrə su səpmişəm", V.Mustafazadə - "Mart" əsərlərinin yüksək səviyyədə ifa olunması bütün dinləyicilər tərəfindən gur alqışlar ilə qarşılanıb.