• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    23 aprel 2019-cu il

    23 aprel 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akdemiyasının Böyük zalında “Konsertmeyster ustalığı” kafedrasının 40 illik müstəqil fəaliyyətinə həsr olunmuş Yubiley Konserti keçirilib.

    Konsertdə BMA-nın “Konsertmeyster ustalığı” kafedrasının solistləri, BMA-nın fortepiano fakültəsinin və digər fakültələrin tələbələri iştirak ediblər.
    Musiqi proqramında V.Adıgözəlov – «Lay-lay» (İfa edirlər: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin I kurs tələbəsi Bəxtiyar Abbasov (tar), müşəyiət edir III kurs tələbəsi, Beynəlxalq müsabiqələr laureatı Ceyhun Əzizov, Müəllimlər: dosent Ü.İbrahimov, baş müəllim C.Həsənova), N.Rimskiy-Korsakov – «Redeyet oblakov letuçaya qrəda» (İfa edirlər: Beynəlxalq müsabiqələr laureatı Aynur İsgəndərli (soprano), müşayiət edir II kurs tələbəsi Gülxanım Bayramova, dosent T.N.Bədirxanovun sinfi) F.Bədəlbəyli – «Ave Maria» (İfa edirlər: Beynəlxalq müsabiqələr laureatı Aynur İsgəndərli (soprano), müşayiət edir «SABAH» qrupun II kurs tələbəsi Günel İmanova, professor L.H.Abasquliyevanın sinfi), F.Kreysler – «Sisiliana və riqadon» Fleyta üçün işlənməsi və köçürülməsi – dosent O.Zeynallı (İfa edirlər: II kurs tələbəsi, Respublika müsabiqəsinin laureatı Kənan Babayev (fleyta), müşayiət edir «SABAH» qrupun II kurs tələbəsi Gülnaz Eldarlı, Müəllimlər: professor L.H.Abasquliyeva, dosent O.Zeynallı), Ü.Hacıbəyli – «Koroğlu» operasından Həsən-xanın ariyası (İfa edirlər: Taleh Yahyayev (bariton), müşayiət edir «SABAH» qrupun IV kurs tələbəsi, Beynəlxalq müsabiqələr laureatı Atabala Manafzadə, professor G.A.Acalovanın sinfi), S.Raxmaninov – «Davno li moy druq» (İfa edirlər: Əməkdar artist Rəna Əliyeva (soprano), müşayiət edir magistratura pilləsinin I kurs tələbəsi Nəzrin Qasımova, dosent V.Məmmədovanın sinfi), G.Venəvskiy – «Vals-kapriççio» (İfa edirlər: IV kurs tələbəsi, Respublika və Beynəlxalq müsabiqələr laureatı Aytən İbrahimova (violin), müşayiət edir III kurs tələbəsi, Beynəlxalq müsabiqələr laureatı Fatimə Əliyeva, Müəllimlər: professor G.A.Acalova, Əməkdar müəllim F.İdyatulina), A.Messaje – «Solo de Concours» (İfa edirlər: I kurs tələbəsi, Respublika və Beynəlxaq müsabiqələr laureatı Məhəmmədəli Paşazadə (klarnet), müşayiət edir II kurs tələbəsi, Beynəlxalq müsabiqələr laureatı Nigar Heydərli, Müəllimlər: A.Məmmədov, dosent K.Sədirxanova), S.Raxmaninov – «Eti letniye noçi» (İfa edirlər: Əməkdar artist Rəna Əliyeva (soprano), müşayiət edir III kurs tələbəsi, Beynəlxalq müsabiqələr laureatı Eldəniz Ələkbərzadə, professor G.A.Məmmədyarovanın sinfi), R.Şedrin – «V podrajaniye Albenisu» (İfa edirlər: Bül-Bül adına orta ixtisas musiqi məktəbinin 9-cu sinif şagirdi, Respublika və Beynəlxalq müsabiqələr laureatı Kamil Hüseynzadə (marimbafon), müşayiət edir magistratura pilləsinin I kurs tələbəsi Nərmin Qurbanova, Müəllimlər: U.Məmmədxan, dosent A.Aşumova), V.Monti – «Çardaş». Fleyta üçün işlənməsi və köçürülməsi – dosent O.Zeynallı (İfa edirlər: IV kurs tələbəsi, Beynəlxalq müsabiqələr laureatı Rəsul Əliyev (fleyta), müşayiət edir «SABAH» qrupun III kurs tələbəsi Günel Hacıyeva, Müəllimlər: professor L.H.Abasquliyeva, dosent O.Zeynallı), H.Rzayev – «Çahargah rapsodiyası» (İfa edirlər: II kurs tələbəsi Respublika və Beynəlxalq müsabiqələr laureatı Asif Quliyev (klarnet), müşayiət edir magistratura pilləsinin II kurs tələbəsi Mənzər Arzumanzadə, Müəllimlər: A.Məmmədov, dosent K.Hüseynova), C.Verdi – «Sila sudbı» operasından Leonoranın ariyası (İfa edirlər: Beynəlxalq müsabiqələr laureatı Güllübəyim Məmmədova, müşayiət edir IV kurs tələbəsi Nəzrin Rəsulzadə, Dosent T.N.Bədirxanov), M.Maqomayev – «Odlar yurdu» (İfa edirlər: T.Yahyayev (bariton), müşayiət edir «SABAH» qrupun III kurs tələbəsi Aygül Rzazadə, professor L.H.Abasquliyevanın sinfi) və s kimi bir-birindən rəngarəng musiqi nömrələri səslənib. Bütün dinləyicilər tərəfindən rəğbət hissi ilə qarşılanan konsert gur alqışlar ilə sona çatıb.