11 aprel 2019-cu il
11 aprel 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi və qala-konserti keçirilib.
Mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev müsabiqənin əhəmiyyətindən danışaraq bildirib ki, ənənəvi olaraq reallaşan müsabiqədə iştirak edən ölkələrin sayı artmaqdadır. Müsabiqə müxtəlif ölkələrdən olan gəncləri bir araya gətirir, onların öz istedadını nümayiş etdirməsinə şərait yaradır. Həmçinin belə tədbirlər ölkələr arasında münasibətləri, xüsusilə də mədəni əlaqələri daha da möhkəmləndirməyə xidmət edir.
Daha sonar tədbirdə çıxış edən “Kainat” Gənclik Mərkəzinin direktoru Rahib Rəsulzadə və münsiflər heyətinin sədri, BMA-nın Beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova səkkizinci dəfə keçirilən müsabiqənin coğrafiyasının ildən-ilə genişləndiyini bildiriblər.
Bunun ardınca müsabiqə qaliblərinin adları açıqlanaraq (I yerlərin sahibləri: fortepiano - Əli Vəliyev (Azərbaycan), Məhşitfər Sədra Ramin (İran); simli alətlər - Səidə Əhmədova, Aydan Hacıəhmədova (Azərbaycan), Samat İlmuradov (Qazaxıstan); nəfəs alətləri - Aleksandr Belov (Başqırdıstan, Rusiya), Moldir Kudaybergenova (Qazaxıstan)) onlara mükafatlar təqdim olunub.
Sonda qaliblərin iştirakı ilə qala-konsert təqdim edilib.