5 mart 2019-cu il
5 mart 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin "Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr olunmuş" konserti baş tutub.
Qeyd edək ki, orkestrin bədii rəhbəri -Azərbaycan Respublikasının Xalq artisti, professor, general -mayor Yusif Axundzadədir. Konsertdə bir-birindən maraqlı musiqi parçaları səslənib. Musiqi proqramında ifa edilən əsərlərin əksəriyyəti Azərbaycanda ilk dəfə səsləndirilib. Belə ki, Jarry Boch – "Fiddler on the roof" (dirijor - Əməkdar İncəsənət xadimi, polkovnik-leytenant Rüfən Axundzadə), Ennio Morricone – "La Calliffa" (dirijor – Rüfət Axundzadə, solist Aynur İsgəndərli), Brian Taylor – "Thor" , "The dark world" və Alan Silvestry – "The Avangers" (dirijor – leytenant Elnur Qurbanov), Vangelis – "The Conguest of Paradise" (dirijor – leytenant Azad Qurbanov), Frank Wildhon – "Jekyll and Hyde" müzikaldan “Prologue” (dirijor baş leytenant Orxan Zeynallı), Yan Valta – "Like the morning star" (dirijor Rüfət Axundzadə, solist Aynur İsgəndərli), Michael Giacchino – "Guardians of the Galaxy" və Brian Taylor "Ironman 3" (dirijor – Elnur Qurbanov), George Gerswin – "Summertime" (dirijor – Orxan Zeynallı), Rod Temperton – Michael Jackson repertuarından "Thriller" (dirijor – Rüfət Axundzadə), James Brown – "I feel good" (dirijor – Rüfət Axundzadə)- əsərləri ifa olunub. Konsert olduqca maraqla qarşılanaraq gurultulu alqışlara səbəb olub.