29 mart 2019-cu il
29 mart 2019-cu il tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Prometey Bakıda” adlı konsert proqramı keçirilib.
Konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrinin ifasında E.F. Stravinski “Simurq quşu” suitası (1919) və A.N.Skryabinin “Prometey” alov poeması op.60 əsərləri səsləndirilib.
Konsertdə solist qismində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Beynəlxalq Əlaqələr və Tərbiyə işləri üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova, dirijor Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimov, Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbəri - Azərbaycan Respublikasının xalq artisti Gülbacı İmanova) çıxış ediblər.
Qeyd edək ki, E.F. Stravinskinin “Simurq quşu” suitası Bakıda nadir hallarda səslənir.
Konsertdə A.N.Skryabinin “Prometey” alov poemasının ifası zamanı Piano, orkestr, xorun ifası və işıqların ahəngi ecazkar təəasürat doğurub. Pianistin peşəkar ifası dinləyicilərin zövqünü oxşayıb. Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsinin divarlarında əks olunan alovun və şimşəyin çaxmağı bütün auditoriya tərəfindən maraq hissi ilə qarşılanıb.