• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    27 mart 2019-cu il

    "Həsrətə son". F.Şubert. “Qu Quşunun nəğməsi”. Kontratenorun ifasında dünya premyerası

    27 mart 2019-cu il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera və orqan musiqisi zalında vokal kamera musiqisi axşamı keçirilib.
    Konsertdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi, Azərbaycan Respublikasının Əməkdar Artisti İlham Nəzərov və Günel Bəkirovanın ifasında F.Şubertin "Qu quşu" vokal məcmuəsi səslənib. Nəzərinizə çatdıraq ki, bu əsər kontratenorun ifasında dünyada ilk dəfə olaraq ifa edilib və bu bir dünya premyerasıdır.
    "Qu quşu" vokal məcmuəsinə 14 mahnı daxildir. Məcmuəyə daxil olan mahnılar 1828 -ci ildə bəstəkarın ölümündən bir neçə ay öncə bəstələnmişdir və bəstəkarın həyatının son dövrünü dərinliyi və dramatikliyi ilə əks etdirir. Bəstəkarın ölümündən sonra yaxın dostları onun son mahnılarını bir məcmuədə toplamış və simvolik olaraq "Qu quşu" adlandırmışdırlar. Qu quşu burada nakamlığı əks etdirir.
    Bütün dinləyicilər tərəfindən rəğbət hissi ilə qarşılanan konsert gur alqışlar ilə sona çatıb.