• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    24 mart 2019-cu il

    24 mart 2019-cu il tarixində Azərbaycan Respublikası Musiqi Mədəniyyət Dövlət Muzeyi – Niyazinin mənzil-muzeyində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Sabah qrupu üzrə fortepiano fakultəsinin tələbələrinin “Rəqs antologiyası” adlı konserti keçirilmişdir.

    Konsertdə tələbələr müxtəlif ölkə bəstəkarlarının bəstələdiyi rəqslərdən ibarət maraqlı konsert proqramı ilə çıxış etmişlər. Belə ki, Eldarlı Gülnaz: Dave Brubeck "Blue Rondo A La Turk", Günel İmanova: Debussy “Bohemian rhapsody”, Bokkerini “Menuet”, Abbaslı Nərmin: Steve Allen, Robert Brown " Gravy waltz", Mahmudova Sevda: M.Ravel “Grobnica” suitası, Kuperena “Menuet”, Bayramova Gülxanım: Shubert – “Alman rəqsləri”, Oscar Peterson “Laurentide waltz”, Tağıyeva Fidan: Billy Taylor “The Cuban Caper”, Tofiq Quliyev “Qaytağı”, İsayeva Ceyran: Bella Bartok «Macar rəqsləri»,  Nəzirli Nəzrin: P.Çaykovski “Dance of the sugar plum”, Moretti – vals, Niyazi “Rəqs”, Hacıyeva Günel: Vorota alqambri, Jay Mcshann “Vine street boogie” əsərlərini ifa etmişlər. Səslənən ifalar dinləyici auditoruyası tərəfindən olduqca maraqla qarşılanaraq alqışlara səbəb olmuşdur.