18 mart 2019-cu il
18 mart 2019-cu il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Ş.Məmmədova adına Opera Studiyasının səhnəsində gənc musiqiçilərin “Xoş Gəldin Bahar” adlı konserti keçirilib.
Konsertdə gənc musiqiçilərin: Esmira Rzayeva, Sevinc Kərimova, Mətanət Nurullayeva, Atabəy İsmayılov, Şükür Ömərli, Nihad Orucov, Lalə İbrahimova, Orxan Hüseynov, Nərgiz Salmanlı, Zərrin Əliyeva, Arzu Səfərova, Cahandar Xanlarov, Kamran Talıblı, Nərgiz Kəngərli və “Cəngi muğam” qrupu, “N-Surreal” qrupu, “Modern Folk” qrupu, “Kanonçular ansamblı”, “Səbinə” rəqs qrupu, “Lumineux” Vokal-xor ansamblının ifasında azərbaycan bəstəkarlarının əsərləri (Tural Yusibov “Azərbaycan”, Sərdar Fərəcov “Xalq rəqsi”, Həsən Rzayev “Cahargah rapsodiyası”, Xalq mahnısı “Bağa girdim üzümə”, Xalq mahnısı “Basma, basma tağları”, Cahangir Cahangirov “Bana, bana gəl”, “Mahur” təsnifi, Xalq mahnısı “Küçələrə su səpmişəm”, Fikrət Əmirov “Sevil” operasından Dilbərin ariyası, Süleyman Ələsgərov “Şalaxo”, Oktay Zülfüqarov “Muğam və Rəqs”, Niyazi “Rast” simfonik muğamından fraqmentlər, Siyavuş Kərimi “Ömrümün istəyi”, Tofiq Quliyev “Skertso”, Naxçıvan Yallısı) yüksək peşəkarlıqla səslənib.
Qeyd edək ki, “Xoş Gəldin Bahar” adlı konsert proqramında qonaqlar qismində Azərbaycan Milli Konservatoriyasının Tədris işləri üzrə prorektoru, professor Malik Quliyev, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professor-müəllim heyəti iştirak ediblər.
Müraciət olunan musiqi repertuarının zənginliyi və yüksək səviyyədə ifası bütün auditoriya tərəfindən rəğbət hissi ilə qarşılanıb. “Xoş Gəldin Bahar” adlı konsert proqramı gur alqışlar ilə sona çatıb.
Mətbuat şöbəsi və informasiya komunikasiya
texnologiyaları xidmətinin əməkdaşı
Əhmədova Minacat