12 mart 2019-cu il
12 mart 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında BMA-nın baş müəllimi Leyla Zeynalova və sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Orxan Zeynallının tələbələrinin iştirakı ilə sinif konserti keçirilib.
Konsertdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının I kurs tələbələri: İlahə Məmmədova, Cəmilə Bəşirli, Rəhimə Əhmədova, Lalə Gözəlova, II kurs tələbələri: Respublika müsabiqəsinin laureatı Kənan Babayev, Gülxanım Sultanova, Mədinə Bağırova, III kurs tələbəsi Mürsəl Əsgərzadə, IV kurs tələbəsi, Beynəlxalq və Respublika müsabiqələrinin laureatı Rəsul Əliyev çıxış edərək azərbaycan və xarici bəstəkarların əsərlərini (Frits Kreysler “Sitsiliana və riqadon” (İşlənməsi və köçürülməsi Orxan Zeynallı), Culio Kaççini “Ave Mariya”, Qriqoraş Diniku “Xora stakkato”, Sərdar Fərəcov “Zərif vals” (İşlənməsi və köçürülməsi Orxan Zeynallı), Yan Klark “Hipnos”, Antonio Batsini “Rondo”, Bryus Stark “Sato no aki”, Pablo Sarasate “Tsıqanskiye napevı”, Ejen Botsa “Ariya”, Həsən Rzayev “Cahargah” (İşlənməsi və köçürülməsi Orxan Zeynallı), Vittorio Monti “Çardaş” (İşlənməsi və köçürülməsi Orxan Zeynallı) yüksək peşəkarlıqla ifa ediblər.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Leyla Zeynalova və sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Orxan Zeynallının tələbələrinin iştirakı ilə keçirilən sinif konserti gur alqışlar ilə sona çatıb.