• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    18 mart 2019-cu il

    Bakı Musiqi Akademiyası məktəb-studiya şagirdlərinin intellektual konserti

    18 mart 2019-cu il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Kiçik zalında BMA-nın məktəb-studiya şagirdlərinin növbəti elmi-ifaçılıq konfransı keçirildi. Layihənin müəllifi, məktəb-studiyanın direktoru və bədii rəhbəri professor Tərlan Seyidovun təşəbbüsü ilə fənlərarası əlaqələri təbliğ edən kompleks tədrisin bu növü artıq illərdir ki, mütəmadi şəkildə tətbiq olunur. BMA-nın elmi-eksperimental bazası olan məktəb-studiyada təcrübə keçən Akademiyanın tələbələri konsertmeyster qismində çıxış etmişlər.
    Şagirdlər öz şəxsi qavraması və təəssüratları ilə ifa etdikləri musiqi əsərlərinin əsas məğzini açmış və maraqlı rəsmlərini görtərmişdir. Ekranda bəsətkarların, alətlərin və ifa olunan musiqi ilə bağlı maraqlı şəkillərdən ibarət slaydlar nümayiş etdirilmişdir. Qeyri-adi və intellektual konsert böyük müvəffəqiyyətlə keçmişdir.
    Tədbirdə məktəb-studiyanın müxtəlif ixtisaslar üzrə təhsil alan şagirdləri iştirak etmişdir – fortepiano, orkestr alətləri (simli, nəfəs və zərb), vokal. Pianoçular Əlixanəliheydər Mirzəzadə, İlknur Zeynalov, Məryəm Ələsgərova, Anjelik Şitterer, Nurel Kərimova, Humay Nəbiyeva, violin ifaçısı Elmir Hüseynov maraqlı çıxışları ilə fərqlənmişlər. Saksofonda İsa Kələntərovun, marimbada Ziya Hüseynovun ifadəli çalğıları alqışarla qarşılanmışdır. Fatimə Zamanova və Rəşad Abdullayevin fleyta dueti böyük marağa səbəb olmuşdur.
    Şagirdləri gözəl hazırlaşdıran məktəb-studiyanın pedaqoji kollektivinə xüsusi təşəkkürümüzü bildiririk. Məktəb-studiyanın kollektivinə, şagird və tələbələrə yeni yaradıcılıq uğurları arzulayırıq.
    Məktəb-studiyanın 40 illik yubileyi yaxınlaşır. İrəlidə tədbirlər silsiləsi nəzərdə tutulur – konsert, festival, müsabiqə və təqdimatlar.