25 fevral 2019-cu il
25 fevral 2019-cu il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan musiqi zalında Xocalı şəhidlərinin əziz xatirəsinə həsr olunmuş Orqan konserti keçirilib.
Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş faciədir.
Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir.
Hər il olduğu kimi bu ildə Xocalı şəhidlərinin əziz xatirəsinə həsr olunmuş tədbir keçilib. Əvvəlcə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra konsertin bədii rəhbəri Əməkdar İncəsənət xadimi, professor Tahirə Yaqubova, BMA-nın müəllim və tələbə heyətinin iştirakı ilə konsert proqramı təqdim edilib.
Bekə ki, Orqan konsertində BMA-nın baş müəllimi, Beynəlxalq müsabiqə laureatı Səbinə Bəylərbəyova (orqan), Azərbaycan Milli Konservatoriyasının tələbəsi Orxan Hüseynli (xanəndə), BMA-nın professoru, Azərbaycanın Əməkdar müəllimi Rasimə Babayeva (orqan), BMA-nın məzunu Şəfəq Abdullayeva (orqan), BMA-nın tələbə xoru (Xorun bədii rəhbəri, dirijor: Azərbaycanın Əməkdar artisti Yulizana Kuxmazova), Azərbaycanın Əməkdar artisti, Beynəlxalq müsabiqələr laureatı İlham Nəzərov (kontrtenor), BMA-nın tələbəsi İslama Abdullayeva (soprano) çıxış edərək R.Ramazanov - "And" (Xocalı şəhidlərinin xatirəsinə), İ.S.Bax - 2 xoral prelüdü, Q.Qarayev - "Laylay" ("İldırımlı yollarla" baletindən, orqan üçün işləyəni BMA-nın professoru, Azərbaycanın Əməkdar İncəsənət xadimi Tahirə Yaqubova), A.Sandvoll - "İntroduksiya və passakalya"
C.Perqolezi - "Stabat Mater" ("Hüzünlü ana") əsərlərini ifa ediblər.
Allah Şəhidlərimizə rəhmət eləsin!