• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    30 yanvar 2019-cu il

    30 yanvar 2019-cu il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Kiçik zalında “Muasir musiqi” adlı konsert keçirilib.

    Konsertdə BMA-nın Tədris işləri üzrə Birinci prorektoru, pedaqoji elmlər namizədi, Əməkdar müəllim, professor Nərminə Quliyeva və BMA-nın dosenti Yeganə Taptıqovanın tələbələri iştirak ediblər.
    Tədbirdə Mirqulamlı Xədicə (violin), Rzazadə Aygül (fortepiano), İbrahimov Orxan (klarnet), İmanova Günel (fortepiano), Hacıyeva Günel (fortepiano), Rzayev Bahadur (violin), Əmişov Əli (violino), Tağıyeva Fidan (fortepiano), Hüseynov Orxan (cello), Eldarlı Gülnaz (fortepiano) iştirak edərək Frank Bridj – “Gradle Song”, Can Şu Ven - “Serenada”, Ekaterina Prixodskaya “Yadplanetli” , Efim Adler “Poema” , Ernest Blox “Meditasiya” , Ernest Blox “Prosessual” , Oliver Strnad “AC Promtu”, Qaspar Kassado “Rəqs”, York Bonver “Melody for C string”, Jon Keyc “Bir mənzərə” əsərlərini səsləndiriblər.
    Qeyd edək ki, müraciət olunan musiqi repertuarının rəngarəngliyi və zənginliyi bütün auditoriya tərəfindən maraqla qarşılanıb. Konsert bütün dinləyicilər tərəfindən gur alqışlar ilə sona çatıb.