• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    15 yanvar 2019-cu il

    15 yanvar 2019-cu il tarixində Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində "Rossotrudnichestvo" şirkətinin Azərbaycandakı nümayəndəliyi Azərbaycanın aparıcı jurnalistlərinə sertifikatların təltif edilməsi münasibətilə tədbir keçirdib.


    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı əsasında keçirilən tədbirdə konsert proqramı təqdim edilib.
    Qeyd edək ki, konsertin təşkilati dəstəyi BMA-nın sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Musiqi nəzəriyyəsi” kafedrasının müəllimi Alyona İnyakina tərəfindən təmin edilib.
    Konsertdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin (Maqsud Musazadə (fortepiano), Leyla Cavadova (fortepiano), Məhəmmədəli Paşazadə (klarnet), Validə Səmədova (fortepiano), Mark Zinçenko (kontrabas), Aminat Əhmədova (vokal), Əzizə Ələkbərli (fortepiano), Firuzə Bəylərova (fortepiano), Fəzilə Maksimova (fortepiano), Emil İsmayılov (vokal)) ifasında S.Raxmaninov "Elegiya", A.Məlikov "Noktürn", K.Sen-Sans "Fil", Şnayder-Tranvskiy "Qızıl güllər qarda" romansı, C.Allahverdiyev «Sənsiz» , F.List "Sevgi xəyalları", Mardasov "Xatirə", B.Xovard “Mənim yanıma aya uç” əsərləri səsləndirilib.
    Konsertin müvəffəqiyyətlə keçirilməsinə görə Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin rəhbəri V.Denisov bütün BMA rəhbərliyinə öz minnətdarlığını bildirərək tədbirin bütün iştirakçılarına təşəkkür edib.