24 yanvar 2019-cu il
24 yanvar 2019-cu il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Kamera ansamblı” kafedrasının professoru Telman Hacıyev, dosentlər: Xavər Əhmədova və Vaqif Hacıyevin birgə təşkilatçılığı ilə konsert proqramı təşkil edilib.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri Qurbanova Rəhimə (fortepiano), Əhmədov Şalbuz (violin), Abdullayeva Nərgiz (fleyta), Tanrıverdiyev Neymət (trombon), Xudaverdiyev Rəhim (klarnet), İbrahimova Ədilə (fortepiano), Arzumanzadə Mənzər (fortepiano), Əhmədov Şalbuz (violin), Hacıyev Anar (marimbafon) klassik və müasir bəstəkarların əsərlərinə (İ.S.Bax- 3 saylı Sonatası, K.Sen-Sans “Sonata” I hissə, Stefan Sulek “Sonata”) müraciət edərək yüksək peşəkarlıqla ifa ediblər.
Qeyd edək ki, konsert proqramı bütün tələbə heyətinin və çox saylı dinləyicilərin bayramına çevrilərək rəğbət hissi ilə qarşılanıb. Konsert bütün dinləyicilər tərəfindən gur alqışlar ilə sona çatıb.