18 noyabr 2026-cı il
“Gələcəyin Peşələri Sammiti Bakı 2026” keçirilib
18 noyabr 2026-cı il tarixində Bakı şəhərində, Gülüstan Sarayında Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə “Gələcəyin Peşələri Sammiti Bakı 2026” tədbiri keçirilib.
Əmək bazarının gələcəyini formalaşdıran qlobal tendensiyalar, süni intellekt və rəqəmsal transformasiyanın məşğulluğa təsiri, eləcə də gələcəyin peşə və bacarıq tələblərinə həsr olunan sammitdə yerli və beynəlxalq ekspertlər, dövlət, biznes və təhsil sektorunun nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində əmək bazarının transformasiyası, insan kapitalının inkişafı, təşkilatların gələcəyə hazırlığı və süni intellekt dövründə fərdi rəqabət üstünlüyünün formalaşdırılması istiqamətində fikir və təcrübə mübadiləsi aparılıb.
Sammit müasir əmək bazarının çağırışlarının müzakirəsi, gələcəyin bacarıqlarının müəyyənləşdirilməsi və müxtəlif sektorlar arasında əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.
Sammitdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Karyera Mərkəzinin əməkdaşları Anar Seyidov və Vüsal Aydəmirov iştirak etmişlər.
Gələcəyin peşələrini anlamaq, dəyişikliklərə hazır olmaq və yeni imkanlar yaratmaq üçün mühüm platforma!
