• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    26 oktyabr 2026-cı il

    Musiqişünaslıq, bəstəkarlıq və dirijorluq fakültəsinin Fakültə Elmi Şurasının iclası keçirilmişdir.

    26 oktyabr 2026-cı il tarixində “Musiqişünaslıq, bəstəkarlıq və dirijorluq” fakültəsinin Fakültə Elmi Şurasının iclası keçirilmişdir. Şuranın sədri, professor Gülzar Mahmudovanın sədrliyi ilə baş tutan iclasda fakültənin tədris, elmi və təşkilati fəaliyyəti ilə bağlı bir sıra aktual məsələlər müzakirə edilmişdir. İclasdaAzərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar kafedrasının müdiri, professor Tariyel Məmmədov, Musiqi tarixi kafedrasının müdiri, professor Zümrüd Dadaşzadə, Musiqi nəzəriyyəsi kafedrasının müdiri, professor Könül Nəsirova, Bəstəkarlıq kafedrasının müdiri, professor Ceyhun Allahverdiyev, dosent Leyla Zöhrabova, dosent Arzu Məmmədova, dosent Mehparə Rzayeva, baş müəllim, elmi katib Günel Zeynallı, TGT-nin sədri Fidan Əliyarzadə və digərləri iştirak etmişlər.

    İclasda tədris prosesinin təşkili və keyfiyyətinin yüksəldilməsi, elmi-tədqiqat işlərinin vəziyyəti, professor-müəllim heyətinin elmi və yaradıcılıq fəaliyyətinin inkişafı, tələbələrin tədris və yaradıcılıq nailiyyətləri, eləcə də qarşıda duran vəzifələr diqqət mərkəzində olmuşdur.

    “Azərbaycan Mədəniyyəti - 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası və bu konsepsiya çərçivəsində keçiriləcək tədbirlər barəsində müzakirələr aparılmışdır. İclasda, həmçinin tədris prosesinin keyfiyyətinin təmin edilməsi və tədrisin səmərəliliyinin artırılması məqsədilə dərslərin monitorinqinin mütəmadi əsasda həyata keçirilməsinin vacibliyi vurğulanmış, monitorinqin təşkili və keçirilməsi üçün müvafiq tərkib formalaşdırılmışdır. Monitorinq prosesinin sistemli və obyektiv şəkildə aparılması ilə bağlı müvafiq məsələlər müzakirə edilmişdir. Monitorinq qrupunun tərkibinə aşağıdakı müəllimlər daxil edilmişdir: Fakültə Elmi Şurasının üzvləri Fakültə Elmi Şurasının sədri, sənətşünaslıq üzrə elmlər doktoru, dekan, Əməkdar müəllim, professor Gülzar Mahmudova, sənətşünaslıq üzrə elmlər doktoru, dosent Leyla Zöhrabova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar müəllim, dosent Arzu Məmmədova, Fakültə Elmi Şurasının elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, baş müəllim Günel Zeynallı. 

    İclasın gündəliyinə bakalavriat səviyyəsində təhsil alan musiqişünaslıq ixtisası tələbələrinin buraxılış işlərinin mövzularının və elmi rəhbərlərinin təsdiqi, magistr dissertasiyalarının mövzularının və elmi rəhbərlərinin müəyyənləşdirilməsi, doktorantların dissertasiya mövzularının müzakirəsi daxil edilmişdir.

    Bununla yanaşı, Bakı Musiqi Akademiyasının 105 illik yubileyinə həsr olunmuş “Şərq və Qərb musiqi mədəniyyətlərinin dialoqu” mövzusunda V Beynəlxalq elmi-praktiki konfransına hazırlıq işləri, SABAH qruplarının tələbələrinin iştirakı ilə “SABAH: DÜNƏN. BUGÜN. SABAH” adlı Publisistik İnformasiya jurnalının 4-cü nömrəsinin hazırlanması məsələləri müzakirə olunmuşdur.

    İclasda, həmçinin kredit sisteminin tələblərinə uyğun yeni fənn proqramlarının hazırlanması müzakirəsi edilmişdir və təsdiq üçün böyük elmi şuraya təqdim edilmişdir.