26 oktyabr 2026-cı il
26 oktyabr 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Yeni Azərbaycan Partiyasının VIII Qurultayında partiyanın sədri cənab İlham Əliyevin nitqindən irəli gələn məsələlərin müzakirəsinə həsr olunmuş Konfrans keçirildi.
Tədbirə başlamadan öncə Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi sükutla anıldı.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbirin açılışını Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası üzrə YAP təşkilatının sədri, professor Mina Hacıyeva qonaqları salamlayaraq, sözü Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanova verdi.
Azər müəllim Yeni Azərbaycan Partiyasının VIII Qurultayında partiyanın sədri cənab İlham Əliyevin nitqini əsas tutaraq, maraqlı fikirlər səsləndirdi.
Sonra Yeni Azərbaycan Partiyasının VIII qurultayında Bakı Musiqi Akademiyasını təmsil edən Tədris işləri üzrə prorektor, əməkdar müəllim, professor Nərminə Quliyevaya söz verildi.
Nərminə xanım qurultay barədə öz təəssüratlarını dinləyicilərlə bölüşərək, gənclərə dilimizi, tariximizi qoruyub gələcək nəsillərə ötürməyi məsləhət gördü.
Ardınca Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadə, sonra BMA-nın Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Aqil Qafulov çıxış etdilər.
Onlar da öz növbəsində hörmətli prezidentimizin nitqindən irəli gələn məsələlərdən Yeni Azərbaycan Partiyasının üzvlərinin tarixi vəzifələrin icrasından söz açdılar.
Sonuncu çıxış olaraq, BMA-nın “İnstrumental ifaçılıq” kafedrasının fortepiano fakültəsinin IV kurs SABAH qrupları tələbəsi Aytac Əlizadəyə söz verildi. Çıxışlardan sonra Mina xanım Yeni Azərbaycan Partiyasının (YAP) 2 oktyabr 2026-cı il tarixində Heydər Əliyev Mərkəzində keçirilən VIII Qurultayında və ondan sonra keçirilən müzakirələrdə incəsənət və mədəniyyət sahəsi — ideoloji işin yenilənməsi, milli həmrəylik, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində əsas dayaq və vasitələrdən biri kimi qeyd olunduğunu xüsusi vurğuladı və çıxışını aşağıdakı sözlərlə yekunlaşdırdı: “Yeni musiqi yazılmalıdır, gənc ifaçılar ilə həm ölkə daxili, paytaxt və regionlarda, həm də xaricdə öz yaradıcılıq vasitəsilə insanlara Azərbaycan tarixi və bu günü haqqında həqiqətləri çatdırmalıdırlar. Bu hamımızın çiynində duran mühüm vəzifədir. Və onu hər gün yerinə yetirməliyik”
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının himni səsləndirildi.





