• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    21 oktyabr 2026-cı il

    21 oktyabr 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Elmi Şuranın iclası keçirildi.

    İclasa başlamadan öncə Xalq artisti, BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli tanınmış skripka ifaçısı, Xalq artisti, BMA-nın “Simli alətlər” kafedrasının professoru Zəhra Quliyevanı Akademiyanın kollektivi adından yubiley münasibətilə təbrik edərək, can sağlığı arzulayıb, ən xoş arzularını bildirdi.
    Sonra iclasda cari məsələlər müzakirə edildi:
    Öncə elmi şuranın gündəliyində  BMA-nın Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundovanın, sonra “Konsertmeyster ustalığı” kafedrasının müdiri, professor Gülnarə Acalovanın və “Bəstəkarlıq” kafedrasının müdiri, professor Ceyhun Allahverdiyevin hesabatları dinlənildi.
    Bununla yanaşı SİP-in (Strateji İnkişaf Planı) əsas müddəaları müzakirə olundu.

    Eyni zamanda “Azərbaycan Mədəniyyəti - 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası və bu konsepsiya çərçivəsində keçiriləcək tədbirlər və digər müxtəlif məsələlər müzakirə edilmişdir.