6 oktyabr 2026-cı il
6 oktyabr 2026-cı ildə Bakı Musiqi Akademiyasında tələbələrin növbəti iclası keçirildi.
İclasda Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova, fakültə dekanları Nəzmiyyə Abbaszadə, Nəzakət Rimazi və Gülzar Mahmudova, xarici tələbələrlə iş üzrə şöbə müdiri Röya Hüseynova, həmçinin şöbənin əməkdaşı Fatimə Məmmədzadə iştirak etdilər.
Görüş zamanı gündəlikdə duran əsas məsələlər müzakirə olundu.
Xarici tələbələrin təhsil-tədris məsələləri, miqrasiya xidmətinin tələbləri, diplomların tanınması (nostrifikasiya) prosesinin vacibliyi, daxili intizam qaydaları müzakirə olundu. Eyni zamanda, tələbələri maraqlandıran suallar cavablandırıldı və fikir mübadiləsi aparıldı.
Sonra tələbələrin fikirləri dinlənildi və onları maraqlandıran suallar cavablandırıldı.
Xarici tələbələrlə iş üzrə şöbə daim tələbələrlə sıx əlaqədə olub, keçirilən bu tip iclaslar vasitəsilə xarici tələbələrin problemlərinin həllinə, onlarla ünsiyyətin gücləndirilməsinə dəstək olur.
İclasın sonunda tələbələr Xarici tələbələrlə iş üzrə şöbə tərəfindən hazırlanmış xüsusi anket suallarını cavablandırdılar.



