14 sentyabr 2026-cı il
14 sentyabr 2026-cı il tarixində Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Musiqi nəzəriyyəsi kafedrasının iclası keçirilmişdir.
İclas zamanı 2026/2027-ci tədris ili üzrə kafedranın qarşısında duran əsas vəzifələr, tədris prosesinin təşkili, professor-müəllim heyətinin dərs yükü, kafedranın iş planında nəzərdə tutulan vəzifələr və qarşıdakı tədris ili üçün əsas istiqamətlər müzakirə edilmişdir.
İclas zamanı “Azərbaycan Mədəniyyəti – 2040” konsepsiyasının əsas istiqamətləri və onun musiqi təhsili, milli musiqi irsinin qorunması problemləri xüsusi diqqət mərkəzində olmuşdur. Bu istiqamətdə kafedra tərəfindən konsepsiyanın prioritetləri ilə səsləşən bir sıra konkret təkliflər irəli sürülmüş və onların tədris, elmi-tədqiqat və metodiki fəaliyyətə inteqrasiyası ilə bağlı müvafiq qərarlar qəbul edilmişdir.
İclasın sonunda qarşıya qoyulan vəzifələrin sistemli şəkildə həyata keçirilməsi, tədris, metodiki və yaradıcılıq fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması və “Azərbaycan Mədəniyyəti – 2040” konsepsiyasından irəli gələn kafedranın fəaliyyətində nəzərə alınması ilə bağlı müvafiq qərarlar qəbul edilmişdir.
