• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    12-14 may 2026-cı il 

    12-14 may tarixlərində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş "Müasir musiqi sənətinin problemləri" mövzusunda SABAH qrupları, bakalavr, magistr tələbələrinin və doktorantların IV beynəlxalq elmi-praktiki konfransı keçirilmişdir.

    Konfrans qarışıq formatda - əyani (oflayn) və distant (onlayn) təşkil olunmuşdur. Yüksək səviyyədə təşkil olunan bu konfrans BMA-nın Tədris məsələləri üzrə prorektoru, pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi, professor Nərminə Quliyeva və Tarix-nəzəriyyə fakültəsinin dekanı, Azərbaycan Respublikasının Əməkdar müəllimi,  sənətşünaslıq üzrə elmlər doktoru, professor Gülzar Mahmudovanın təşəbbüsü ilə təşkil olunmuşdur.
    Konfransda Bakı, Naxçıvan ilə yanaşı, xarici ölkələrdən - Amerika Birləşmiş Ştatları, Rusiya, Almaniya, Türkiyə, İran, Tacikistan və Özbəkistandan olan tələbə, doktorant və mütəxəssislər iştirak etmişdir.
    Konfransın proqramına ümumilikdə 79 məruzə daxil edilib. Nəzərinizə çatdıraq ki, konfransda:
    - Azərbaycan musiqi mədəniyyəti tarixində Ümummilli lider Heydər Əliyevin rolu və əhəmiyyəti,
    - Bakı Musiqi Akademiyasının 105-illik yübileyi,
    - Etnomusiqişünaslıq müasir mərhələdə,
    - Tarixi və nəzəri musiqişünaslığın aktual problemləri,
    - Müasir musiqi təhsili: problemlər və perspektivlər,
    - Müasir instrumental ifaçılığın problemləri,
    - Musiqidə informasiya texnologiyaları kimi müxtəlif tematik istiqamətlər yer almışdır.
    Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı, ardından iştirakçılara Ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətini əks etdirən maraqlı videoçarx nümayiş olundu. Daha sonra SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Dövlət mükafatları laureatı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli çıxış edərək konfrans iştirakçılarını salamladı və görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan musiqi mədəniyyətinin inkişafına verdiyi böyük töhfələrdən bəhs etdi. BMA-nın Elmi məsələləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə giriş sözü ilə çıxış etmişdir.
    Beynəlxalq konfransın moderatorları Ü.Hacıbəyli adına BMA-nın “Musiqi tarixi” kafedrasının müdiri, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zümrüd xanım Dadaşzadə və  sənətşünaslıq üzrə elmlər doktoru, Ü.Hacıbəyli adına BMA-nın dosenti Leyla Zöhrabova idi.
    Konfransda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “SABAH” qruplarında təhsil alan tələbələr, həmçinin ADA Universiteti, Azərbaycan Milli Konservatoriyası, Bakı Xoreoqrafiya
    Akademiyası,  Azərbaycan Dövlət
    Neft və Sənaye Universiteti, Naxçıvan Dövlət Universiteti, R.Şuman adına Düsseldorf Ali Musiqi Məktəbi (Almaniya), Özbəkistan Dövlət Konservatoriyası, Amerika Birləşmiş Ştatlarının Longi Ali Musiqi Məktəbi (Longy School of Music, Cambridge, Massachusetts USA), Q.V.Plexanov adına Rusiya İqtisad Universiteti, M.Tursunzadə adına Tacikistan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun tələbə və nümayəndələri aktual və maraqlı mövzularla çıxış edərək konfransa xüsusi rəng qatdılar.

    Sonda bütün iştirakçılar sertifikat ilə təltif olundu.