7 may 2026-cı il
“Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi-tədqiqat laboratoriyasında ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş
‘Heydər Əliyevin qəlbində yaşatdığı sənət inciləri’ adlı elmi seminar laboratoriyanın elmi işçisi, dissertant Nigar Bayramova tərəfindən keçirildi.
Məruzəçi Nigar Bayramova çıxışında “Heydər Əliyevin qəlbində yaşatdığı sənət inciləri” adlı məqaləsində ümummilli lider Heydər Əliyevin Azərbaycan musiqisinə və milli-mədəni irsə olan dərin bağlılığını bildirərək, ulu öndərin sənətə verdiyi dəyəri müxtəlif faktlar və nümunələr əsasında laboratoriyanın əməkdaşlarına çatdırdı.
O, Xüsusilə muğam sənətinə, xalq mahnılarına və klassik musiqi irsinə göstərilən qayğını müxtəlif faktlarla təqdim etdi.
Heydər Əliyevin incəsənətə münasibətinin öyrənilməsi, Azərbaycan musiqisinin qorunması və inkişafı istiqamətində görülən işləri, xalq musiqisinə xüsusi rəğbət bəslədiyini onun sevdiyi mahnılar sırasında ‘Küçələrə su səpmişəm’,‘Alagöz’ kimi musiqi incilərinin xüsusi yer tutduğunu bildirərək musiqiyə olan bağlılığını təqdim etmiş oldu.
Seminarda iştirak edənlər mövzu ilə bağlı öz fikir və mülahizələrini bölüşdülər. Çıxış edən əməkdaşlardan sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı 2023-cü ildə müəllifi olduğu ‘Heydər Əliyev və musiqi mədəniyyəti’ kitab haqqında, professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru Arif Əsədullayev öz dəyərli fikirlərini bildirdilər.
Seminarın sonunda laboratoriyanın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə Heydər Əliyevin Azərbaycan musiqisinə olan qayğısı və inkişafı, milli-mənəvi dəyərlərin qorunması ilə bağlı fikirlərini laboratoriya əməkdaşlarına çatdırıb, məruzəçini təbrik etdi.
Mustafayeva Nazlı
Üzeyir Hacıbəyli adına BMA-nın
elmi-tədqiqat laboratoriyasının elmi işçisi

