• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    27 aprel 2026-cı il 

    Avrasiyanın musiqi irsi: ənənə, modallıq, innovasiya

    2026-cı il 23-24 aprel ayında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Avrasiyanin musiqi irsi: ənənə, modallıq, innovasiya” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans  keçirilib.

    Beynəlxalq elmi-praktiki konfransın ərsəyə gəlməsində ilk öncə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ-nin Xalq artisti, professor Fərhad Bədəlbəyliyə, elm və innovasiya məsələləri üzrə prorektor, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadəyə, elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadəyə böyük minnətdarlıq hissimizi bildiririk.  Beynəlxalq konfransın möhtəşəm keçməsi təbii ki, böyük əks-sədaya səbəb olacaq. Konfransa təşrif buyuran qonaqların Özbəkistan Dövlət Konservatoriyasının elmlər doktoru, professor Azadgül Taşmatova və baş müəllim Xurşida Mirsolixovanın iştirakı böyük ehtiramla qarşılanmışdı.

    23 aprel tarixində keçirilən plenar iclasdan sonra konfrans öz işini davam etdirmişdir. İki gün ərzində keçirilən konfransda 90-na yaxın iştirakçılar məruzə ilə çıxış etmişlər. Məruzələr əyani və qiyabi şəkildə yerləşdirilmişdir. Konfrans materialları içərisində qeyd olunduğu kimi xarici ölkələrin Türkiyə, Qazağıstan, Özbəkistan, Qırğısıztan, Rusiya, İran İslan Respublikası, Almaniyanın alimlərinin məruzələri təşkilat komitəsi tərəfindən qabul edilmişdir. Konfrans daxilində təqdim olunan məruzələr çox böyük maraqla qarşılanmışdır. Onu da qeyd etmək lazımdır ki, xarici ölkələrdən gələn alimlərin məruzələrinin çıxışları onlayn formatda konfransda təqdim olunmuşdur. Çox maraqlı, rəngarəng, dolğun, müxtəlif mövzulu məruzələrlə  həm yerli, həm də xarici qonaqlar çıxışlar etdilər.

    23 aprel tarixində keçirilən Konfransın I bölməsinin moderatoru Ü.Hacıbəyli adına BMA-nın “Musiqi nəzəriyyəsi” kafedrasının sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Nəsirova idi. Bu konfrans daxilində M.İ.Qlinka adına Maqnitoqorsk Dövlət Konservatoriyasının (Akademiya)  “Musiqi tarixi və nəzəriyyəsi” kafedrasının dosenti, elmlər doktoru O.Plotnikova “Национальный культурный код в оперном тексте”,  Qırğızıstan Elmlər Akademiyasının elmi işçisi J.Duyşenaliyev “Сходство музыкально-эстетических и музыковедческих взглядов Узеира Гаджибекова и Абдыласа Малдыбаева: сравнительный анализ советских национальных музыкальных школ”, elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi S.Şirinova “Üzeyir Hacibəylinin “Nizami” kantatasi”, elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru A.Əliyeva “Xəyyam Mirzəzadənin yaradıcılığında kino musiqisinin simfonik təcəssümü”, elmi-tədqiqat laboratoriyasının elmi işçisi F.Nəsirova-Əhmədova “Zülfüqar Hacibəyovun “Aşiq Qərib” muğam operasi”, elmi-tədqiqat laboratoriyasının elmi işçisi N.Bayramova “Qılman Salahovun kamança ifaçılığı və pedaqoji fəaliyyəti”, elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru G.Bəkirova “A.Zeynallının fortepiano üçün “9 fuqa” əsərinin bəzi xüsusiyyətləri”, Ü.Hacıbəyli adına BMA-nın doktorantı, İran İslam Respublikasından Abrıshamı Vafa Mohammadtağhı “Əl-Kindidən Əbdülqadir Marağalıya qədər islam musiqi nəzəriyyəsində musiqinin yazılışında əbcəd əlifbasının rolu”, Ü.Hacıbəyli adına BMA-nın doktorantı Selen Karabulut “Osmanli padişahlarının müzik politikalari və çoksesli muziğin ve piyanonun kurumsallaşmasi (19. Yüzyil)”,  və s. çıxışlar səslənib.

    Konfransın II günü aprel ayının 24-ü konfrans iştirakçıları, qonaqlar Qara Qarayev zalına toplaşmış, elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadənin moderatorluğu ilə konfrans başa çatmışdır. Konfrans iştirakçıları: Ü.Hacıbəyli adına BMA-nın “Konsertmeyster ustalığı” kafedrası, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent V.Məmmədova “Azərbaycan bəstəkarlarının yaradıcılığında romans janrı”, L.V.Sobinov adına Saratov Dövlət Konservatoriyasnın “Musiqi nəzəriyyəsi və bəstəkarlıq” kafedrasının elmlər doktoru, professor T.Kartaşova “Парадигма «парампара» и её преломление в современном пространстве индийской музыки”, Ü.Hacıbəyli adına BMA-nın “Kamera ansamblı” kafedrasının fəlsəfə üzrə fəlsəfə doktoru, dosent X.Əhmədova  “Avrasiya musiqi mədəniyyətində ənənə və kimlik: fəlsəfi perspektivlər və bəstəkarlıq strategiyaları”,  Ü.Hacıbəyli adına BMA-nın “Musiqi tarixi” kafedrasının sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent M.Babayeva “Ayaz Qəmbərlinin “Humay” variasiyalarının ifaçılıq xüsusiyyətləri”, Ü.Hacıbəyli adına BMA-nın “Xor dirijorluq” kafedrasının baş müəllimi  D.Quliyeva “Azərbaycan musiqisində epik nəfəs: Vasif Adıgözəlovun yaradıcılıq yolu”, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələri Orkestrinin rəisi, dirijor, kapitan M.Səlimov “Azərbaycanda hərbi orkestrlərin tarixinə bir nəzər”, Özbəkistanın Dövlət Konservatoriyasının baş müəllimi X.Mirsolixova  “Узбекский дутар: история, модернизация и модификация”,  Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi, sənətşünalıq üzrə fəlsəfə doktoru, professor Əməkdar incəsənət xadimi A.Əsədullayev “Azərbaycan muğam dəstgahlarının ifaçılığında tonallıq vacib şərtdir”, Ü.Hacıbəyli adına elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent M.Qafarova  “Azərbaycan milli musiqi aləti olan tarın müasir texnologiyalarla birləşdirilməsi”, B.Zakirov adına Özbəkistan Dövlət Konservatoriyasının estrada sənəti İnstitutunun sənətşünaslıq üzrə elmlər doktoru, professor L.Qaniyeva “Синтез национальных и европейских музыкальных традиций в композиторском искусстве Диларом Сайдаминовой”  adlı məruzələr dinlənilib.            

     Konfransda Ü.Hacıbəyli adına BMA-nın müəllim heyəti, elmi-tədqiqat laboratoriyasının əməkdaşları və qonaqlar iştirak edirdilər.

    Əminliklə qeyd edirik, artıq bir ənənəyə çevrilmiş Beynəlxalq konfrans öz işini gələn il də davam etdirəcək. Yeni adla, yeni iştirakçılarla daha da dolğun, təntənəli, möhtəşəm Beynəlxalq konfransda görüşənədək.

    Nəsirova-Əhmədova Fidan

    Ü.Hacıbəyli adına BMA-nın

     elmi tədqiqat laboratoriyasının elmi işçisi