• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    13 aprel 2026-cı il

    13 aprel 2026-cı il tarixində Ü. Hacıbəyli adına BMA-nın  Qarayev adına Konfrans zalında Musiqi nəzəriyyəsi kafedrasının təşkilatçılığı ilə “İ.S.Bax – zamanı aşan səyahət” mövzusunda tədbir keçirilmişdir. 

    Tədbirin təşkilatçısı kafedranın dosenti Aliyə Məmmədova söyləmişdir ki, əsas məqsəd  dahi alman bəstəkarı İ.S. Baxın musiqisinin zamanını aşan dəyərini bir daha vurğulamaqdır.  Tədbirin maraqlı konsert hissəsində Respublikanın Əməkdar artisti Aleksey Miltıx, Respublika və beynəlxalq müsabiqələr laureatları – BMA-nın tarixi-nəzəriyyə fakültəsinin II kurs magistri Raul Hüseynov, fortepiano fakültəsinin tələbəsi Aytaç Əlizadə (fortepiano), ifaçılıq fakültəsinin tələbəsi Kənan Bağırov (violino), Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin VII sinif şagirdi Nərminə Salmanova (fleyta) və konsertmeyster Əli Hüseynli çıxış etmişlər. Səsləndirilən  musiqi nümunələri İ.S.Baxın ölməz irsini parlaq şəkildə əks etdirirdi.

     Tədbirin elmi hissəsində Tarixi-nəzəriyyə fakültəsinin II kurs tələbələri – Adilə Məmmədli, Dürnisə Hüseynova, Rəhiməxanım Qurbanova, Nəzrin Məmmədova, Ayşən Rəfizadə maraqlı məruzələr təqdim etmişlər.

    Konsert-konfransın əvvəlində və sonunda dosent Aliyə Məmmədova İ.S.Baxın musiqisi ilə bağlı maraqlı müşahidələrini iştirakçılarla bölüşmüşdür. Canlı ifa, eləcə də video-slaydlarda səsləndirilən musiqi nümunələri tədbirə xüsusi bədii atmosfer bəxş etmişdir.

    Tədbirin yekununda Musiqi tarixi kafedrasının müdiri, Əməkdar İncəsənət xadimi, professor Zümrüd Dadaşzadə tədbirin əhəmiyyətini vurğulamış və İ.S.Baxın ölməz musiqisi barədə əsaslı fikirlərini ifadə etmişdir. Musiqi nəzəriyyəsi kafedrasının müdiri, Əməkdar müəllim, professor Könül Nəsirova isə tədbirin təşkilində və həyata keçirilməsində  əməyi olan hər kəsə minnətdarlığını bildirmişdir.