• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    12 mart 2026-cı il

    12 Mart 2026-cı il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanaloqiya və akustika” elmi tədqiqat laboratoriyasının aparıcı elmi işçisi,

    sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ruqiyyə Süleymanovanın  “Səhnəmizin unudulmaz gülüş ustası Lütfəli Abdullayev” adlı elmi seminarı keçirildi.

    Süleymanova çıxışının əvvəlində böyük sənətkar, korifey gülüş ustası, Azərbaycan Respublikasının xalq artisti, uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrında fəaliyyət göstərmiş, yaratdığı hər bir obraz vasitəsilə tamaşaçısına bütöv bir insan ömrünün müxtəlif çalarlarını yaşatmağı bacaran istedadlı aktyor Lütfəli Abdullayevin həyat və yaradıcılığı haqqında auditoriyanı ətraflı məlumatlandırdı. Məruzəçi aktyorun Azərbaycan teatr sənətində tutduğu mühüm mövqeni, onun yaradıcılığının milli səhnə mədəniyyətinin inkişafında oynadığı rolu xüsusi vurğuladı.

    Çıxış zamanı qeyd olundu ki, Lütfəli Abdullayevin sənət fəaliyyətində ən parlaq və yaddaqalan uğurları məhz Azərbaycan Dövlət Musiqili Komediya Teatrı ilə bağlı olmuşdur. Məruzəçi aktyorun bu teatr səhnəsində iştirak etdiyi tamaşaları və canlandırdığı obrazları ardıcıl şəkildə sadaladı. Bunlara S. Rüstəmovun “Beş manatlıq gəlin” əsərində Möhsün, F. Əmirovun “Gözün aydın” tamaşasında Qəhrəman, S. Rüstəmovun “Durna” əsərində Dursun və Kərim kişi, S. Ələsgərovun “Ulduz” operettasında Məhəmməd, Z. Bağırovun “Kəndimizin mahnısı” əsərində Güloğlan, T. Quliyevin “Qızıl axtaranlar” tamaşasında Şakir, S. Rüstəmovun “Rəisin arvadı” əsərində Dilavərzadə, A. Rzayevin “Hacı Kərimin Aya səyahəti” əsərində Hacı Kərim, R. Mustafayevin “Axırı yaxşı olar” tamaşasında Cabbar, Ə. Abbasovun “Dağlar qoynunda” əsərində Polad baba, S. Ələsgərovun “Həmişə xanım” tamaşasında Ələsgər, E. Sabitoğlunun “Hicran” əsərində isə Mitoş obrazları daxildir. Bununla yanaşı seminarda Lütfəli Abdullayevin sənət yolunu geniş şəkildə təhlil edərək onun Azərbaycan teatrı və kinosunda komik aktyor kimi özünəməxsus yer tutmasını qeyd etdi.

    R.Süleymanova çıxışının davamında vurğuladı ki, qısa müddət ərzində geniş tamaşaçı kütləsinin böyük rəğbətini qazanan Lütfəli Abdullayevin sənəti dövlət və ictimaiyyət tərəfindən daim yüksək qiymətləndirilmişdir. Onun Azərbaycan teatr sənətinin inkişafındakı xidmətləri nəzərə alınaraq 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 24 may 1960-cı ildə isə Xalq artisti fəxri adlarına layiq görülməsi xüsusi olaraq qeyd edildi.

    Seminar çərçivəsində Lütfəli Abdullayevin iştirak etdiyi tamaşalardan və filmlərdən fraqmentlər nümayiş etdirildi və bu materiallar aktyorun səhnə yaradıcılığının zənginliyini və sənətkarlıq xüsusiyyətlərini daha aydın şəkildə nümayiş etdirdi.

    Seminarın sonunda elm və innovasiya məsələləri üzrə prorektor, əməkdar incəsənət xadimi fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə və laboratoriyanın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, Azərbaycan Respublikasının Qadınlar Cəmiyyətinin sədri Bahar Qasımova, Bakı şəhəri Qadınlar Cəmiyyətinin sədr müavini Şəhla Mirbağırova çıxışlarında seminarın yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək bu cür tədbirlərin elmi və mədəni mühitin inkişafı baxımından əhəmiyyətini vurğuladılar.

     

    Kazımova Bəsti

    Ü.Hacıbəyli adına BMA-nın

    elmi-tədqiqat laboratoriyasının elmi işçisi