8 yanvar 2026-cı il
8 yanvar 2026-cı il tarixində Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanaloqiya və akustika” elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru İmina Əliyevanın “Çoğa Mış –tarixdən öncəki orkestr (Proliterate orchestre)” adlı seminarı baş tutmuşdur.
Seminar 1961-66 cı illərdə Kaliforniya (Los Anceles) Universitetinin Yaxın Şərq dilləri bölməsinin arxeoloqiya üzrə professoru Pinhas Deluqaz və Çikaqo Universitetinin Şərq instutunun arxeoloqiya üzrə professoru Helen Kantor tərəfindən indiki İranın Xuzestan vilayətində Çoğa Mış (farsca:, شچغامی, chogha mish) adlanan gədim yaşayış məskənində aparılan qazıntılar və bəşəriyyət tarixi üçün əvəzsiz olan kəşflərə həsr edilmişdir. Həmin kəşflərin tarixi miladdan öncə 4-cü minilliyə (Şumer Uruk və proto-Elam dövrünə) aid edilməkdədir.
1969-cu ildə “Yuneskonun kuryeri” jurnalında çap edilən Pinhas Deluqasın və Helen Kantorun həmmüəllif olduqları məqaləsi və həmçinin “Çoğa Mış. Qazıntıların ilk beş mövsümü 1961-71” kitabını (1996, müəlliflər Pinhas Deluqas və Helen Kantor, redaktor Abbas Əlizadə) İ.Əliyeva Çoğa Mış toponiminin doğru yazılışı və xüsusən 2 şəkli haqqında məlumat vermişdir. İmina xanımın marağını cəlb edən birinci şəkildə 5 fragmentdən ibarət gildən lövhə (silindr möhür izi) əks edilmişdir. Onun üzərində gədim musiqi alətlərinin ilk təsfiri, ziyafət, və həmin ziyafətin keçirilməsində iştirak edən müğənni, ən azı 3 ifaçının, cəng (arfa növü), buynuzabənzər nəfəsli alət, zərb musiqi alətləri, və bir sıra məişət əşyaları göstərilmişdir. İkinci şəkildə isə gil topun üzərindəki möhür izlərinin sxematik təsfiri diqqəti cəlb edir. Növbəti şəkildə toplardan birinin üzərində qayıqda gələbə ilə qayıdan hökmüdar əsrlərin əhatəsində əks edilmişdir. İmina xanım tərəfindən qeyd edildi ki, bu topların, yazının əmələ gəlməsindən öncəki dövrdə satıcı və alıcı arasında ticarət zamanı istifadə edilməklə çox əhəmiyyətli rolu olmuşdur.
Seminarın sonunda BMA-nın elm və innovasiya məsələləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, fəlsəfə elmlər doktoru, professor Gülnaz Abdullazadə və elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuridə İsmayılzadə məruzəçi tərəfindən aparılan araşdırmaları və toplanılan materialları çox yüksək qiymətləndirərək mövzunun mütləq davam etdirilməsi fikrini söyləmişdirlər. Məruzəçiyə laboratoriyanın əməkdaşları tərəfindən bir sıra marağlı suallar yönləndirilmişdir.
İmina xanımın bu mövzuda dərin və çox ətraflı tədqiqatlar apardığı tərəfimizdən də qeyd edilməlidir. Müraciət edilən mövzunun mütəxəsislər tərəfindən az araşdırmış olması, aşkarlanan tapıntıların bir çoxunun müəyyən səbəblərdən itməsi, müasir zamanda isə həmin yaşayış məskənində arxeoloji tədqiqatların aparılmaması, bu günə gədər toplanılan materialların əhəmiyyətini daha da artırmışdır.
Əfəndiyev Ayxan
Elmi-tədqiqat laboratoriyasının elmi işçisi,doktorant


