1 noyabr 2025-ci il
1 noyabr tarixində Rusiya Teatr İncəsənəti İnstitutunda (GİTİS) dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş “Xalq ruhunun səsi...” adlı beynəlxalq konfrans keçirildi.
“Musiqi dünyası” jurnalının baş redaktoru, professor Tariyel Məmmədov Üzeyir Hacıbəylinin həyat və yaradıcılıq irsi haqqında danışıb və onun fəaliyyətinə həsr olunmuş videoçarx təqdim edib.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli videobağlantı vasitəsilə iştirakçıları salamlayıb. Onun fikrincə, Üzeyir Hacıbəylinin şəxsiyyəti və yaradıcılığı Azərbaycanda müasir musiqi təhsilinin əsasını qoyub və yeni nəsil musiqiçiləri ilhamlandırmaqda davam edir.
https://youtu.be/jOxjvlGMdhA?si=AtsPrTzQ77nNqozS
