• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    26 sentyabr 2025-ci il

    Bakı Musiqi Akademiyasında 26 sentyabr tarixində Anım Günü münasibətilə tədbir keçirildi.

    Azərbaycan xalqı üçün olduqca əhəmiyyətli olan bu gündə biz şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad etdik.

    Tədbir Akademiyanın tərkibində fəaliyyət göstərən “Beatspace” layihəsi (BMA-nın “İxtisas fortepiano” kafedrasının baş müəllimi Nərgiz Nəzərovanın təşkilatçılığı ilə) çərçivəsində təşkil olunmuşdur. 

    Giriş sözü ilə çıxış edən aparıcı — 2-ci kurs tələbəsi Atilla Məmmədli, günün mənəvi yükünü tamaşaçılara çatdıraraq, tədbirə xüsusi bir ruh bəxş etdi. Daha sonra 4-cü kurs tələbələri Cavidan Şeydayev və Fidan Əmirova ifaları ilə şəhidlərimizin müqəddəs xatirəsini musiqi dili ilə yad etdilər.

    Xüsusilə tədbirimizin qonaqları sırasında qəhrəman şəhidimiz mayor Emin Süleymanovun həyat yoldaşı, Məshəti xanım Süleymanova da iştirak etdi və çıxışı ilə tədbirə dərin emosional çalar qatdı.

    Bu tədbir bizə bir daha göstərdi ki, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın həyat yolu və şücaəti daim qəlbimizdə yaşayacaq.

    Allah bütün şəhidlərimizə rəhmət etsin!