• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    27 may 2025-ci il

    27 may 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasının təşəbbüsü ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunan “Dahi Üzeyir Hacıbəylinin pedaqoji irsi müasir Azərbaycan musiqi təhsilinin əsas istiqaməti kimi” mövzusunda tələbələrin elmi-ifaçılıq respublika konfrans keçirildi.
    Konfransın açılışında giriş sözünü Əməkdər müəllim, pedaqoji elmlər doktoru, professor Tamilla Kəngərlinskaya açaraq bütün konfrans iştirakçılarını salamladı. Eyni zamanda konfransın böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb, bütün tələbələrə uğurlar arzuladı. Sonra sözü iştirakçılara verdi.
    Mövzu dairəsi geniş olan konfransda kafedranın dosentləri Arzu Rzayeva, Nərgiz Əlizadə, Həqiqət Yusifova, Nərgiz Hüseynova, Mədinə Tuayeva, Yeganə Mustafayeva, baş müəllim Nairə Qulamovanın tələbələri Ü.Hacıbəylinin pedaqoji irsi, onun yazıb yaratdığı zəngin musiqi irsinin müasir Azərbaycan musiqi təhsili sisteminin formalaşmasında böyük rolu, musiqi təhsil sisteminin keçmişdən bu günə qədər necə inkişaf etdirilməsi və s. mövzularla çıxış etdilər.
    Bakı Musiqi Akademiyasının tələbələri ilə yanaşı Gəncə Dövlət Universitetinin tələbələri də maraqlı mövzular təqdim etdilər.
    Elmi-ifaçılıq respublika konfransında Ü.Hacıbəylinin həyat və yaradıcılığını əks etdirən  video-çarx iştirakçılara təqdim edildi. 
    Bakı Musiqi Akademiyasının “Fortepiano” fakültəsinin  “Musiqi müəllimliyi” ixtisasında təhsil alan tələbələrin nəzəri məruzələri və musiqi nömrələri maraqla qarşılandı. 
    Sonda bütün iştirakçılara sertifikatlar təqdim olundu. Yüksək peşəkarlıqla təşkil olunmuş,  tələbələrin həm nəzəri, həm də praktik biliklərini tətbiq etmələrinə imkan yaradan elmi-ifaçılıq respublika konfransı uğurla başa çatdı.