• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    2 may 2025-ci il

    2 may 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında bəstəkar, musiqişünas və kulturoloq Elmir Mirzəyev geniş elmi-mədəni auditoriyanı əhatə edən dəyərli mühazirə ilə çıxış etdi. Mühazirənin mövzusu “Üzeyir Hacıbəyli və opera” adlanaraq dahi bəstəkarın 140 illiyinə həsr olunmuşdu.
    Çıxış zamanı mühazirəçi yalnız Üzeyir bəyin yaradıcılığına deyil, ümumilikdə, dünya opera sənətinin tarixinə də nəzər salaraq -İtaliya, Almaniya, Rusiya və Fransa opera məktəblərinin formalaşma mərhələləri, janrın keçdiyi təkamül yolu, müqayisəli təhlil nəticəsində meydana çıxan mənzərə haqqında geniş məlumat verdi.
    Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından “Koroğlu” ya qədər olan inkişaf prosesini, musiqili komediyaların xalqın milli təfəkküründə rolunu vurğuladı.
    Bakı Musiqi Akademiyasının professor-müəllim heyəti və tələbələr mühazirəni maraqla qarşılayaraq, sonda E.Mirzəyevə minnətdarlıqlarını bildirdilər. Elmi ictimaiyyət üçün olduqca faydalı olan bu mühazirə, həm informativ, həm də ilhamverici ruhu ilə yadda qaldı.