9 aprel 2025-ci il
9 Aprel 2025-ci il tarixində Azərbaycan Milli Konservatoriyasında “Musiqişünaslığın aktual problemləri” mövzusunda Magistr təkəbələrinin XI RESPUBLİKA elmi Konfransı keçirilmişdir.
Konfransda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Tarix-Nəzəriyyə” Fakultəsinin II kurs Magistr tələbələri-Müjgan Məmmədli “Sərdar Fərəcovun Oda alqış və Sübh duası əsərlərində təbiətə sitayiş” (Elmi rəhbər: Professor, fəlsəfə elmləri doktoru, Əməkdar İncsənət Xadimi-Gülnaz Abdullazadə) , Əsmər İbazadə isə “ Şəki yallılarının üslub xüsusiyyətləri” (Professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi-Elnara Dadaşova) mövzusunda uğurla çıxış etmişlərdir. Konfransı Azərbaycan Milli Konservatoriyasının rektoru Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Kamilə Dadaşzadə açıq elan etdikdən sonra tələbələrin çıxışlarına yer verilmişdir. Daha sonra isə sonda BMA-nın Tarix- Nəzəriyyə Fakultəsinin tələbələrinin hər il bu konfransda aktiv iştirakına görə öncə BMA-nın professor və müəllim heyətinə təşəkkür etmiş və tələbələrimizi bu maraqlı elmi tapıntılarına görə təbrik etmişlərdir.