• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    14 mart 2025-ci il

    14 mart tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Qara Qarayev adına Konfrans zalında görkəmli fransız bəstəkarı Moris Ravelin  150 illiyi yubileyinə həsr olunmuş konsert-konfrans keçirilib.
    Tədbir BMA-nın Musiqi nəzəriyyəsi kafedrası tərəfindən təşkil olunub.
    Musiqi impressionizminin görkəmli ustadlarından birinin yubileyi münasibətilə hazırlanan maraqlı proqram çərçivəsində tamaşaçılar Ravelin kamera-vokal və kamera-instrumental yaradıcılığının parlaq nümunələrindən zövq almaq, bəstəkarın yaradıcılıq xüsusiyyətləri, musiqi üslubu, fransız maestro Ravelin şəxsiyyətinin unikal cəhətləri ilə daha yaxından tanış olmaq imkanı əldə ediblər. Həmçinin tədbir zamanı bəstəkarın həyat və yaradıcılığı ilə bağlı tarixi sənədli xronikanın və arxiv fotoşəkillərinin nümayişi keçirilib.
    Bayram konsert proqramı Azərbaycanın Əməkdar artisti Aleksey Mıltıx, beynəlxalq müsabiqələr laureatları — Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Yuliya Heydərova, BMA-nın dosenti Nərgiz Salmanlı, BMA-nın müəllimi Nərgiz Kəngərli, Prezident təqaüdçüsü Səbinə Quliyeva və sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi Alyona İnyakinanın ifasında təqdim olunub.
    Bundan əlavə, tamaşaçılara Antalya Dövlət Konservatoriyasının Akdeniz Universitetinin müəllimi Yuri Sayutkinin ifasında Ravelin 2 nömrəli konsertinin videoyazısı nümayiş etdirilib.
    Görkəmli fransız bəstəkarının həyat və yaradıcılığına dair maraqlı faktlarla bağlı məruzə və təqdimatlarla BMA-nın tarix-nəzəriyyə fakültəsinin tələbələri — Nazrin Məmmədova, Ayşən Rəfizadə, Dürnisə Hüseynova, Amina Məmmədova, Züleyxa Murtuzova, Jale Quliyeva, Pakizə Mustafazadə, Rəhimə Həmidova və Ayan İmanlı çıxış ediblər.
    Layihənin kuratoru — Alyona İnyakina.