19 fevral 2025-ci il
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Qərbi Azərbaycan İcması və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə cari ilin 19 fevral tarixində “Milli-mənəvi dəyərlərimiz Qərbi Azərbaycan qaynaqlarında” mövzusunda elmi-praktiki seminar keçirildi.
Beynəlxalq Muğam Mərkəzində baş tutan seminarın məqsədi Qərbi Azərbaycanda yaranıb formalaşan folklor yaradıcılığı, musiqi və ifaçılıq sənəti, milli mətbəximiz kimi zəngin dəyərləri özündə əks etdirən mövzuların tədqiqi və onların gənc nəslə daha dolğun şəkildə çatdırılmasıdır.
Elmi-praktiki seminarda tədqiqatçı alimlər: Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi işçiləri, dosent Rauf Bəhmənli, dosent Maya Qafarova çıxışlarında mövzularla bağlı araşdırmalarını təqdim etdilər.
Seminarda Aşıq İmran Göyçəlinin ifasında “Göyçəgülü” havası, “İrəvan” ansamblının ifasında (bədii rəhbər: BMA-nın dosenti Maya Qafarova) bəstəkar və xalq mahnıları izləyicilərə təqdim olundu.
Tədbir hər kəs tərəfindən böyük rəğbətlə qarşılandı.